Modern.az

Bu gün ABŞ-Rusiya danışıqları olacaq

Bu gün ABŞ-Rusiya danışıqları olacaq

13 Oktyabr 2009, 10:09

Oktyabrın 13-də ABŞ Dövlət katibi Hilari Klinton Moskvada Rusiya prezidenti Dmitri Medvedev və Xarici İşlər Naziri Sergey Lavrov ilə danışıqlar aparacaq.
Rəsmi Vaşinqton İranın nüvə proqramıyla bağlı məsələlərdə Moskvadan dəstək ala biləcəyinə ümid edir. Vaşinqton Moskvanın dəstəyi ilə Tehranın nüvə iddialarının qarşısını almaq istəyir.
Öz növbəsində Moskvanı ABŞ-ın raket əleyhinə müdafiə sistemi strategiyasında edilən dəyişikliklər maraqlandırır.
Hilari Klinton Moskvaya bazar ertəsi gəlib. 

Rusiyaya səfəri çərçivəsində ABŞ Dövlət katibi eləcə də Tatarıstan paytaxtı Qazan şəhərinə də baş çəkəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir