Modern.az

I Avropa Oyunlarının açılışı keçirildi - YENİLƏNİB

I Avropa Oyunlarının açılışı keçirildi - YENİLƏNİB

Reportaj

12 İyun 2015, 20:51


Nəhayət çoxdan gözlənilən böyük gün gəlib çatdı. Modern.az saytı xəbər verir ki, Azərbaycanın paytaxtı Bakıda I Avropa Oyunlarının təntənəli açılış mərasimi başladı.
Bakı Olimpiya Stadionunda keçirilən açılış mərasiminə dünyanın müxtəlif ölkələrinin dövlət başçıları, idmançılar, xarici turistlər, Azərbaycan vətəndaşları qatılıblar.

Mərasim Azərbaycanın xalq artisti Alim Qasımovun ifası ilə başlayıb.

Nüfuzlu idman xadimləri, ekspertlər Azərbaycan paytaxtında keçirilən ilk Avropa Oyunlarını tarixi hadisə adlandırırlar.

I Avropa Oyunlarında qitənin 6 mindən artıq idmançısı yarışacaq. 17 günlük yarışda qitənin ən yaxşı idmançıları 20 idman növü üzrə mübarizə aparacaqlar. Onlar sadəcə ilk Avropa Oyunlarının medalına sahib olmayacaqlar, eyni zamanda 12 idman növü üzrə Rio 2016 Olimpiya Oyunlarına vəsiqə qazanacaqlar.

68 minlik tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionunu müasir arxitektura üslubu, əzəməti ilə seçilir. Beynəlxalq standartlara tam cavab verən stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur yaradılıb. Təxminən 50 hektar ərazini əhatə edən stadion 6 mərtəbədən ibarətdir. Əsas və köməkçi stadionlardan ibarət olan  arenada VVIP, VİP, CIP, media, habelə əlil tamaşaçı bölmələri var. Stadionun sahəsinə 4, tribunalara isə 26 qapıdan giriş var.

Bakı 2015-in simvolu ceyran və nardır.

I Avropa Oyunlarının canlı yayımını təqdim edirik:



Modern.az
Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!