Modern.az

"Müsavatın MSK-ya iki namizəd təqdim etməsi qanunsuzluqdur"

"Müsavatın MSK-ya iki namizəd təqdim etməsi qanunsuzluqdur"

4 Oktyabr 2010, 15:28

Müsavat MSK-ya nümayəndə göndərmək haqqında qərar qəbul etməsi son günlərin müzakirə olunan mövzularından biridir.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Müsavatın MSK-ya iki nümayəndə göndərməsinin hüquqi baxımdan doğru olmadığını söyləyib:

"Əvvəla onu deyim ki, biz parlament seçkisinə qədər MSK-nın tam tərkibdə formalaşması tərəfdarıyıq və bununla bağlı fikirlərimizi dəfələrlə səsləndirmişik. Şəxsən mən parlament tribunasından bir neçə dəfə bu məsələni qaldırmışam. Hətta seçkiyə bir gün qalmış MSK-nın tam tərkibdə formalaşması baş tutsa, biz bunu alqışlaycağıq. Ancaq son günlər mətbuatda yanlış olaraq belə fikir səslənir ki, guya Müsavat MSK-da iki yerlə təmsil oluna bilər. Mən Müsavatın bu qərarının siyasi tərəflərinə əvvəlki açıqlamalarımda toxunmuşdum. Məsələyə hüquqi-nöqteyi nəzərdən yanaşdıqda da maraqlı məqamlar ortaya çıxır. Məlumat üçün bildirmək istəyirəm ki, azlıqda qalan partiyaların Milli Məclis rəhbərliyi o vaxt əldə etdiyi razılaşmaya görə bir yer Müsavat Partiyasına verməli idi. Hal-hazırda iki yer ona görə boşdur ki, azlıqda qalan partiyalardan birinin təqdim etdiyi nümayəndə Rövşən İsmayılov Konstitusiya Məhkəməsinin hakimi təyin olunub. Bir yerə irəli sürüləcək bitərəf namizəd isə azlıqda qalan partiyalarla razılaşdırılmalıdır. Bu razılaşdırma da o vaxtdan baş tutmayıb və beləliklə də MSK-da üç yer boş qalıb. Bütün bunları nəzərə alaraq hesab edirik ki,  Müsavatın MSK-ya iki nümayəndə göndərməsi doğru deyil və bu addımın hüquqi əsası yoxdur. Biz bu məsələni dəfələrlə Milli Məclisin iclaslarında qaldırmışıq ki, MSK-nın tam tərkibdə formalaşması məsələsi öz həllini tapmalıdır. Öz nümayəndəmizi də təqdim etmişik. Hesab edirik ki, BAXCP olaraq, azlıqda qalan partiya kimi  bizim də MSK-da bir nümayəndəylə təmsil olunmaq haqqımız var. Parlamentdə azlıqda qalan partiyalar da BAXCP-nin MSK-da bir nümayəndəylə iştirakına etiraz etmirlər. Təəssüf ki, Milli Məclis hələ də bu məsələni müzakirəyə çıxarmayıb. Hər halda biz Milli Məclis rəhbərliyindən xahiş etmişik ki, bu məsələ müzakirəyə çıxarılsın. İnanırıq ki, Azərbaycanın müstəqilliyində xidmətləri olan, cəmiyyətdə kifayət qədər tanınan BAXCP nümayəndəsi Mikayıl Rəhimov MSK-ya üzv təyin olunacaq. Mikayıl bəyin təcrübəli siyasətçi, uzun müddət seçki prosesində fəal iştirak etmiş şəxs kimi bizi MSK-da çox yüksək səviyyədə təmsil edəcəyinə əminik”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi