Modern.az

DəmirƏLLİ həyat yolu - FOTOLAR

DəmirƏLLİ həyat yolu - FOTOLAR

17 İyun 2015, 10:38


Süleyman Dəmirəl 1924-cü il noyabrın 1-də İsparta vilayəti Atabəy mahalının İslamköy kəndində dünyaya gəlib. O, balkanlardan Türkiyəyə köç edən bir ailənin uşağı idi. Süleyman Dəmirəl ilk təhsilini İslamköydə, orta məktəbi İspartada tamamlayıb.

Daha sonra İstanbul Texniki Universitetində ali təhsil alıb. 1953-cü ildə Seyhan anbarının tikintisində inşaat mühəndisi olaraq işə başlayıb. Elə həmin dövrdə baş nazir Adnan Menderesin diqqətini çəkən mühəndislərində biri olub.

1954-cü ildə Dövlət Su İşləri İdarəsində rəhbər vəzifələrdən birinə gətirilib. Bir il sonra - 1955-ci ildə daha 31 yaşında ikən bu qurumun müdiri təyin edilib.

S.Dəmirəl təhsilini ABŞ-da davam etdirib.

1962-64-cü illərdə sərbəst mühəndis olara çalışmala yanaşı, Orta Doğu Texniki Universitetində dərs deyib.

1962-ci ildə qurulan sağ mərkəzçi Ədalət Partiyasınına üzv olub. 1964-cü il noyabrın 28-də keçirilən Ədalət Partiyasının böyük konqresində rəhbər vəzifəyə namizəd olub. O zaman Dəmirəl 40 yaşında idi. Partiyanın böyük konqresində 1679 səsin 1072-sini qazanan Süleyman Dəmirəl sədr seçilib. Bu partiyanın rəhbəri kimi keçirilən 1965-ci il seçkilərində 52,8 faiz səs toplayıb. Nəticədə Ədalət Partiyası təkbaşına iqtidara gəlib və S.Dəmirəl baş nazir postunu tutub.
Süleyman Dəmirəl 12 mart 1971-ci il martın 12-də istefa verib.

Bir neçə il sonra yenidən iqtidara gələn Dəmirəl 1980-ci ildə hərbi çevriliş nəticəsində hakimiyyətdən devrilib.

1987-ci ildə siyasi qadağanının aradan qalxması ilə S.Dəmirəl yenidən aktiv siyasətə dönüb.

1991-ci il seçkilərində Doğru Yol Partiyasının sədri  olaraq S.Dəmirəl yenidən baş nazir seçilib.

1993-cü ildə Turqut Özalın vəfatından sonra Dəmirəl Türkiyə prezidenti seçilib. Çankaya köşkündən ayrıldıqdan sonra aktiv siyasətlə məşğul olmayıb.

Ancaq hər vaxt siyasi gündəmin mərkəzində olub.

1965 - 1993 illəri arasında 7 fərqli hökumətdə toplam 10 il 5 ay müddətində baş nazir işləmiş Süleyman Dəmirəl Türkiyənin ən məşhur siyasi xadimlərindən biri kimi adını tarixə yazdırıb.








































Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır