Modern.az

Dünyanın ən az qida yeyən xalqı

Dünyanın ən az qida yeyən xalqı

4 Oktyabr 2010, 16:57

Cənubi Amerika dövləti Ekvadorda sentyabrın 30-da baş verən hadisələr bu ölkəni dünyada xeyli məşhurlaşdırdı. Həmin gün paytaxt Kitoda və başqa böyük şəhərlərdə polis əməkdaşları və hərbi qulluqçuların maşlarının azaldılması əleyhinə kütləvi aksiyalar keçirildi. Qiyamçılar hətta bir müddət ölkə parlamentinin binasını və paytaxtın hava limanını əldə saxlaya bildilər. Pezident Rafael Korrea isə qiyamçılarla şəxsən danışığa gedərkən ölümlə üz-üzə qaldı. Yanında göyaşardıcı qaz balonu partlayan prezident paytaxt xəstəxanalarından birinə aparılıb, burada isə onu qiyamçı polislər mühasirədə saxlayıblar. 10 saata yaxın mühasirədən dövlət başçısı hökumət qoşunlarının keçirdiyi əməliyyatla qurtulub.

Modern.az saytının əməkdaşı Ekvadorla bağlı maraqlı bir məlumat öyrənib. Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanovun saytımıza verdiyi məlumata görə, dünyada ən az qida yeyən xalq Ekvador xalqıdır.

“Əlimizdə olan elmi məlumatlar göstərir ki, bu xalq ən az qida yeyən xalqdır. Bu xalq qidadan az enerji alır. Bir ekvadorlu qidadan 1250 kilokalori, yuxudan isə 1750 kilokalori enerji alır”.

V.Ağamalıoğlu 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir