Modern.az

Ukraynalı jurnalist: "Bakıda əcnəbinin itmək ehtimalı yoxdur"

Ukraynalı jurnalist: "Bakıda əcnəbinin itmək ehtimalı yoxdur"

Media

17 İyun 2015, 12:17

 

“Bakı 2015” Avropa Oyunlarını işıqlandırmağa gələn ukraynalı jurnalist Yuliya Olenyuk Bakı haqda təəsüratlarını Modern.az saytı ilə bölüşüb. Onun sözlərinə görə Bakıda I  Avropa Oyunlarının açılışı olimpiya oyunları səviyyəsində baş tutub.

"Bakını çox gəzmişəm. İçərişəhərdə olmuşam. Bakı olduğum şəhərlərdən fərqlidir. İtmək ehtimalım da yox idi, insanlar hər yerdə kömək edirdi. Azərbaycan xalqı doğrudan da, çox qonaqpərvər və gülərüzdür”.

Oyunlarda Ukraynanın qazandığı medallardan da danışan jurnalist bundan sonra da bir neçə qızıl medala sahib olacaqlarına ümid etdiyini deyib:

“Artıq 12 medal qazanmışıq, qadın güləşində 1 qızıl medalımız var. Amma bədii gimnastikada da ümidlərimiz var. Düşünürəm ki, daha bir neçə qızıl medal da qazanacağıq”.

Rusiya ilə Ukrayna arasındakı siyasi gərginliyin idman yarışlarına da sirayət etdiyini söyləyən jurnalist rus və ukraynalılar arasında gərginliyin olduğunu da söyləyib:

“İdmançılarımız oyunlarda qalib gələ bilməsə də, əsas məqsədimiz rus idmançılarına uduzmamaqdır. Bəzi məsələlər bizdən asılı olmasa da,  yenə də bütün dünyanın bizi tanımasının tərəfdarıyıq” deyə jurnalist fikirlərini tamamlayıb.

Vüqar İsmayılov  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir