Modern.az

Süleyman Dəmirəlin ilk məhəbbəti - Özəl həyat sirləri - FOTOLAR

Süleyman Dəmirəlin ilk məhəbbəti - Özəl həyat sirləri - FOTOLAR

18 İyun 2015, 10:51

Uzaq qohumu olan bu xanım onun həm də son məhəbbəti olub


Dinindən, hansı millətə mənsub olmasından və dünyanın harasında yaşamasından asılı olmayaraq istər qadın, istərsə də kişilərin əksəriyyətinin ömür tarixçəsinə ilk məhəbbət də yazılır. Kimsə ilk məhəbbətinə qovuşur və sevib-seçdiyi həmin şəxslə birgə ömrünü başa vurur. İlk məhəbbətinə qovuşmayanlar da az deyil. Hətta ilk məhəbbətin qovuşa bilməməsi səbəbindən bu gün də həyatına qəsd edən, başqasının ömrünə son qoyan insanlar az deyil.

Müasir dövrün leyliləri və məcnunları haqda əsərlər yazılmasa da, ən azı onların öz xatirələrində ilk məhəbbət yaşadılır. Dünyanın ən tanınmış şəxslərinin, siyasətçilərin, hətta dövlət başçılarının ilk məhəbbəti olub.

Modern.az  saytı “İlk məhəbbət” layihəsində bu dəfə Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin özəl həyatından, eləcə də bəzi sirlərindən bəhs edəcək...

Türkiyə siyasətinin “Ata”sı ata olubmu?

İyunun 17-nə keçən gecə vəfat edən Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin uzun illər siyasətlə bağlı olan həyatı ilə yanaşı, özəl həyatı da kifayət qədər maraqlıdır. Məsələn, çoxları uzun illər belə hesab ediblər ki, Türkiyə siyasətinin “ata”sı hesab olunan Süleyman Dəmirəl gerçək həyatda ata olmayıb. Ancaq 2010-cu ildə keçmiş dövlət başçısının yarım əsrdən çox kimsəyə söyləmədiyi və “sirr” olaraq saxladığı uşağının adı və doğum tarixləri müəyyən olub.

Süleyman-Nazmiyə Dəmirəl cütlüyünün 2010-cu ilin mart ayının 31-nə qədər varlığı gizlədiən uşaqlarının adının Rengül olduğu öyrənilib. İslamköylü Rengül 1953-cü il dekabrın 11-də dünyaya gəlib. Yalnız iki il yaşayan Dəmirəl cütlüyünün tək uşağının ölüm tarixi 22.12.1955-ci il olaraq göstərilir. Süleyman Dəmirəl bir uşağı olduğu və iki yaşında öldüyü ilə bağlı xəbərə heç bir açıqlama verməyib. Dəmirəlin yaxın ətrafı isə “Bəy əfəndi, bu xəbəri doğru saymır” deməklə kifayətlənib. Bu ana qədər isə Nazmiyə xanımın heç vaxt övlad dünyaya gətirmədiyi söylənilirdi. Dəmirəlin övlad sahibi olmamasının səbəb kimi Nazmiyə xanımım 1951-ci ildə keçirdiyi bir xəstəlikdən sonra tətbiq olunan səhv müalicə göstərilirdi...



Dəmirəlin uzaq qohumu olan ilk... və son məhəbbəti

Süleyman Dəmirəl liseyi bitirdikdən sonra uzaq qohumu olan Nazmiyə Şener ilə 1948-ci ildə həyatını birləşdirib. Universitet illərində nişanlı olduğunu isə hamıdan çox ustalıqla gizlədibmiş. 1927-ci ildə doğulan Nazmiyə Dəmirəl Süleyman Dəmirəl ilə 1948-ci il martın 12-dən evlənib. Dəmirəl cütlüyünün maraqlı bir də evlilik hekayəsi var.

Dəmirəl öz toyuna iki gün gecikib

Süleyman Dəmirəl İslamköydəki evlərinin qapı qonşusu və uzaq qohumu Nazmiyə Şener ilə nişanlandığında 17, Nazmiyə xanım isə 14 yaşında olub. Liseyi bitirdiyi zaman reallaşan nişandan sonra Süleyman bəy İstanbul Texniki Universitetinə avtomobil mühəndisliyi təhsili almaq üçün gedib. Gedərkən də istanbullu bir qıza könlünü verməsin deyə, nişan üzüyünü Nazmiyə xanımın barmağına taxıb.

Toy isə tam 8 il sonra reallaşıb. Toy başladığında Dəmirəl Burdur hökumət evinin tikintisinə rəhbərlik edirdi. Dəmirəl o günü belə xatırlayardı: “Bizim kənd toyları üç gün davam edərdi. Toy cümə axşamı günü başlayar, bazar günü gəlin gətirilərdi. Mən şənbə günü kəndə gəldim... Cümə axşamı və cümə günü edilən toyda yox idim”.

Yaxın ətrafının fikrincə, Dəmirəlin Nazmiyə xanıma vurğunluğu platonik bir sevgi olub.

Sükan arxasında həmişə Nazmiyə xanım oturardı



Nazmiyə Dəmirəlin ən çox ləzzət aldığı hobbilərindən biri avtomobil idarə etmək olub. Elə buna görə Süleyman Dəmirəl avtomobili idarə edə bilməzdi. Nazmiyə Dəmirəlin 1950-ci illərdə özünə aid avtomobili ilə Ankara prospektlərində gəzməsi də o dövrdə olduqca diqqət çəkmişdi. Nazmiyə Dəmirəl bu hadisə ilə əlaqədar 1969-cu ildə verdiyi bir açıqlamada deyirdi: “Mövsümünə görə paltar geyərəm. Səyahətlərdə və avtomobil istifadə edərkən kostyum seçərəm. Qısa qollu paltarla küçəyə çıxmaram. Amma ərim müdir işləyəndə çıxardım. 1955-ci ildən bəri avtomobil istifadə edirəm. Prinsip olaraq, ərimə verilən xidmət avtomobilində bir yerə getməzdim. Alverlərim, ziyarətlərim üçün mən də bir avtomobilə ehtiyac duydum. Öz avtomobilmi özüm idarə edirəm”.

Uşaqlıqda Dəmirələ niyə “Çoban Sülü” deyirdilər?

2013-cü il mayın 28-də Süleyman Dəmirəlin 65 illik eşqi Nazmiyə Dəmirəl vəfat edib. O, Türkiyə siyasi tarixinin əhəmiyyətli bir hissəsinə damğa vuran Süleyman Dəmirəlin həyat yoldaşı olaraq bütün ölkə tərəfindən yaxından tanınan bir qadın idi. Lakin yalnız siması “yaxından” tanınırdı. Səsi eşidilməz, düşüncələri naməlum idi, çünki o göz qarşısında olmağı heç sevmirdi.

Söylənilənlərə görə, Nazmiyə xanım ərinin siyasət meydanına girməsindən məmnun deyilmiş, çünki həyat yoldaşı ilə gəzməyi, kinoya və teatra getməyi çox sevirdi. Bu səbəbdən həyatlarının ictimailəşməsini heç istəmirdi. Təbii, siyasət dünyasına daxil olduqdan sonra bu həyat tərzini dəyişmək məcburiyyətində qalıb.

Səhər namazından sonra çay dəmləmək və nahar hazırlamaq onun intizamlı şəkildə davam etdirdiyi bir vərdişi idi. Bir başqa ənənəsi də evlilik ildönümlərini həyat yoldaşı ilə qeyd etmək idi. Həyat yoldaşı siyasətdə prezidentliyə qədər yüksəldiyində belə, Çankaya köşkünə daşınmaq istəməmiş və Günük küçədəki evlərində qalmaq üçün israrçı olmuşdu. Təbii, dövlət işləri könül işləri kimi deyildi. Çankayaya daşınsa da, köşkdə əhəmiyyətli dəyişikliklər etməyərək buraya alışmadığını göstərmişdi. Çox evdar qadın idi...



Nazmiyə xanım Süleyman Dəmirəldən 3 yaş kiçik idi. Eyni kənddən idilər.

Yeri gəlmişkən, uşaq vaxtı çobanlıq etdiyi üçün Dəmirəl kəndlərində “Çoban Sülü” kimi tanınırmış... Hətta Nazmiyyə xanım dauşa qvaxtlarında onu belə çağırırımış.

Nazmiyə Dəmirəl vəfat edəndən sonra deyirdilər ki, o, ilk dəfə ərini “tək” buraxıb. Dəmirəl isə deyirdi ki, bu itki ona həyatının ən böyük “zərbəsi” olub.













Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı