Modern.az

Bakıda Türkiyə səfirliyinin önündə etiraz aksiyası keçirilib

Bakıda Türkiyə səfirliyinin önündə etiraz aksiyası keçirilib

13 Oktyabr 2009, 13:13

Oktyabrın 13-də Qarabağ Azadlıq Təşkilatının (QAT) üzvləri Türkiyə səfirliyinin qarşısında etriraz aksiyası keçiriblər.
Əllərində plakatlar tutan, müxtəlif şüarlar səsləndirən aksiya iştirakçıları səfirliyə doğru irəliləməyə cəhd etsələr də, polis əməkdaşları onlara imkan verməyiblər.
Aksiya iştirakçıları “Türkiyə, Qarabağı ermənilərə satma”, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan olmayacaq”, “Türkiyə iqtidarına ar olsun” kimi şüarları səsləndiriblər.Aksiya iştirakçıları Türkiyə prezidenti Abdulla Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Əhməd Dağudoğlunun şəkillərini yandırıblar.
QAT sədri Akif Nağı jurnalistlərə açıqlamasında Türkiyə hökümətinin verdiyi vədlərə inanmadıqlarını bildirib. “Türkiyə rəsmiləri dəfələrlə Qarabağ münaqişəsi həll edilməyənə kimi sərhədlərin açmayacaqlarını bildirib. Ancaq protokollar imzalandı. İndi isə söz verirlər ki, parlament ratifikasiya etməyəcək. Ancaq biz buna inanmırıq. Qoy Türkiyə görsün ki, Azərbaycan cəmiyyəti onların bu hərəkətlərindən narazıdır”.
  Polis aksiyanı dağıdıb, QAT sədri Akif Nağı da daxil olmaqla 7 nəfər piketçi Nəsimi Rayon Polis İdarəsinin 20-ci bölməsinə aparılıblar.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir