Modern.az

Almaniyadakı festivalda "Tık-tık xanım" nağılı səsləndirlib

Almaniyadakı festivalda "Tık-tık xanım" nağılı səsləndirlib

5 Oktyabr 2010, 11:55


Hər il sentyabrın 20-dən oktyabrın 3-dək Almaniyanın Şimali-Rayn-Vestfalen əyalətinin Köln şəhərində Mədəniyyətlərarası Həftə (Interkulturelle Woche) keçirilir. Bu çərçivədə təşkil olunan tədbirlərdən biri də dünya ölkələrinin nağılları festivalıdır.

İkigülük festivalda 20 ölkədən nağıllar təqdim edilib, müxtəlif xalaqların musiqilərindən nümunələr səsləndirilib. Köln Şəhər Bələdiyyəsinin təşkil etdiyi və İGNİS Mədəniyyət Ərkəzində keçirilən festivalda  beş qitənin mədəniyyəti təmsil olunub və Azərbaycan nağılı da dinləyicilərin diqqətinə çatdırılıb.
Bu barədə Modern.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Köln festivalında Azərbaycanla yanaşı Bolqarıstan, Böyük Britaniya, Finlyandiya, İtaliya, Yaponiya, Kanada, Kolumbiya, Meksika, Qvineya, Kamerun, Çexiya, Litva, Ukrayna və digər ölkələrdən olan uşaq və eyni zamanda böyüklər üçün də nəsihətlə dolu nağıllar səsləndirilib.

Tədbirdə ilk olaraq Azərbaycan nağılı - “Tık-tık xanim” qonaqlara təqdim olunub. Aparıcı Florian Sever Azərbaycan haqqında qəsa məlumat verib, sonra iki dildə-Azərbaycan və alman dillərində nağıl oxunub. -“Tık-tık xanim” nağılını alman dilində aktrisa Kristina-Mariya Qreve böyük ustalıqla oxuyub. Sonra Almaniyada yaşayan soydaşımız, Köln Konservatoriyasının dosenti, pianoçu Elnara İsmayılova Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun miniatürlərini ifa edib. Azərbaycan nağılı gecəsinin təşkilində Köln Şəhər Bələdiyyəsinə Alman-Azərbaycan Forumu və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi də  dəstək verib.

Modern.az      

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!