Modern.az

Xoşbəxtlikdən məhrum edilənlər - FOTOLAR

Xoşbəxtlikdən məhrum edilənlər - FOTOLAR

20 İyun 2015, 11:29

Bu gün Beynəlxalq Qaçqınlar günüdür

Dünyanın müxtəlif ölkələrində hər il müharibə və digər səbəblərdən milyonlarla insan yurd-yuvasını tərk etmək məcburiyyətində qalır. Bu insanlar qaçqın kimi pənah apardıqları ölkələredə də həmişə özlərinə rahat yaşayış şəraiti tapa bilmirlər.

Bundan başqa, bu tale ilə üzləşən yüz minlərlə insan elə pənah apardıqları yerlərə çatmamış yollarda qırılırlar.  

Son illər insanların yurd-yuvalarını tərk etməsinə daha çox ölkə daxilində baş verən inqilablar, hakimiyyət uğrunda müxtəlif qüvvələrin apardığı savaş, xarici müdaxilə nəticəsində yaranan situasiya səbəb olur.

Məsələn, Ukraynanın şərqində Rusiya meylli qüvvələrin başlatdığı savaş nəticəsində 2014-cü ildə bu ölkədən minlərlə insan qaçqın düşməyə məcbur olub. Azərbaycanlılar da son iki əsrdə öz dədə-baba torpaqlarından didərgin düşən milllətlər sırasındadır.

Təkcə ötən əsrin 80-ci illərinin sonlarında 300 minə yaxın azərbaycanlı Ermənistandan qaşqın düşdü. Son 100 ilin statiskası isə xalqımız üçün daha faciəli rəqəmdir. Bir milyondan artıq qaçqın...

Yenə ötən əsrin sonlarında Ermənistanın Azərbaycan torpaqlarını işğal ertməsi nəticəsində yaranmış vəziyyətə istinad etsək, 1 milyondan artəq məcburi köçkünü də bura əlavə etmək vacib olur.

Hazırda Azərbaycanda 1 milyon 200 mindən çox məcburi köçkün, 300 mindən çox qaçqın var ki, onalrn da hamısı azərbaycanlılardır. BMT-nin Qaçqınlar üzrə Ali Kommisarlığının son məlumatına görə, hazırda dünyada 60 milyon qaçqın var ki, onların da yarısı uşaqlardır.  

Qaçqınlara görə “lider” ölkələr belə siralanır:


Əfqanıstan – 2 566 566 nəfər  


Suriya – 2 457 278 nəfər  


Ukrayna – 1 200 000 nəfər  


Somali qaçqınları – 1 121 738 nəfər  


Sudan qaçqınları – 635 405 nəfər


Konqo – 499 333 nəfər


İraq – 401 417 nəfər


Gürcüstan qaçqınları - 11 000-dən çox     

Modern.az


Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi