Modern.az

Azərbaycanda növbəti təbiət hadisəsi baş verdi

Azərbaycanda növbəti təbiət hadisəsi baş verdi

22 İyun 2015, 10:23

Azərbaycanda təbiət hadisələri xalqın inanclarında özünəməxsus yer tutur. Modern.az-ın məlumatına görə, xalq arasında uzun illərin müşahidələri əsasında formalaşan qeyri-rəsmi təqvimə görə, iyunun 21-dən-22-nə keçən gecə Azərbaycanda yay fəsli başlayıb.

Beləliklə də 22 iyunda Azərbaycan ərazisində gündüz ən uzun, gecə isə ən qısa vaxta çatıb. Sabahdan isə gündüz qısalmağa, gecə uzanmağa başlayacaq ki, həmin proses nəticəsində də 22 sentyabr tarixində gecə-gündüz bərabərliyi baş verəcək.

Yer oxunun ekvator müstəvisinə meylliliyi gecə və gündüzün qeyri-bərabər olmasına, fəsillərin yaranmasına səbəb olub. Yerin Günəş ətrafında hərəkəti ilə bağlı olaraq illər, fəsillər əmələ gəlir. İstilik, işıqlanma və iqlim qurşaqları yaranır. Canlıların həyatında böyük dəyişikliklər baş verir.

Qeyd edək ki, ildə bir dəfə yaz gecə-gündüz bərabərliyi (22 mart), bir dəfə isə payız gecə-gündüz bərabərliyi (22 sentyabr) baş verir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir