Modern.az

Yerevandakı aksiya vəhşicəsinə dağıdılıb - VİDEO

Yerevandakı aksiya vəhşicəsinə dağıdılıb - VİDEO

Reportaj

23 İyun 2015, 10:11

Dünən axşam saatlarında Yerevanda elektrik enerjisinin qiymətinin artırılmasına etiraz edən on minlərlə aksiya iştirakçısının Prezident Rezidensiyasının qarşısına yürüşü polis qüvvələri tərəfindən dağıdılıb. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə, polis aksiya iştirakçılarına qarşı görünməmiş vəhşilik edib. Məlumatda qeyd edilir ki, etiraz edənlərin geri çəkliməsini tələb edən polis bir saatdan sonra hücum çəkərək adamları döyməyə başlayıb, jurnalistlərin videokameralarını qırmaqdan belə, çəkinməyiblər.

Yerli vaxtla səhər saat 05-:30-da Baqramyan küçəsində etiraz edənlərin dağıdılması üçün su çiləyən maşınlardan istifadə olunub. Etirazçılar qəddarlıqları ilə fərqlənən yüzlərlə polisi, xüsusi təyinatlıları və mülki formada olan digər güc strukturlarının əməkdaşlarını mühasirəyə alıblar. Bu zaman etiraz edənlərlə güc strukturları arasında əlbəyaxa dava da olub.
“Epress.am” saytının operatoru Tiqran Akopyanın başına dəyənəklə zərbə vurularaq polis şöbəsinə aparılıb. “Epress.am”ın digər operatoru Tiqran Xaçatyanın kamerası sındırılıb. 200-dən çox etirazçının saxlanıldığı bildirilir.



Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar