Modern.az

Əhəd Əhmədov: “Hər şey normaldı...”

Əhəd Əhmədov: “Hər şey normaldı...”

6 Oktyabr 2010, 12:19

Parlament seçkilərində namizədliyini 80 saylı İmişli-Beyləqan seçki dairəsindən irəli sürmüş Milli Məclisin deputatı Əhəd Əhmədov barəsində mətbuatda müxtəlif məlumatlar yayılır, onun bu dəfə parlamentdə düşə bilməyəcəyi bildirilir.

Əhəd Əhmədov isə əks düşüncədədir və seçki prosesinə aktiv fəaliyyətlə başladığını deyir. O, artıq imza vərəqələrini Dairə Seçki Komissiyasına təqdim edib. Bu barədə Modern.az-a  millət vəkili özü məlumat verib. Seçki prosesinin gedişini normal qiymətləndirən deputat saytımıza deyib ki, onun namizədliyi ilə bağlı hər hansı problem yoxdur.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının üzvü olan Əhəd Əhmədov 2005-ci ildə keçirilən seçkilərdə bitərəf kimi deputat mandatı qazanıb. 1967-ci il martın 5-də İmişli rayonunun Göbəktala kəndində anadan olan Əhəd Əhmədov Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib.
1991-ci ildən «Günəş» Elm-İstehsalat Assosiasiyasının direktoru, 1994-cü ildən Azərbaycan Kurortlar Birliyinin şöbə rəisi, 1996-cı ildən «Azəri» firmasının direktoru, 2000–2005-ci illərdə Füzuli rayon şərab zavodunun direktoru vəzifələrində çalışıb.
Hazırda Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvüdür.

Modern.az  

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi