Modern.az

Bakı metrosundakı bahalaşmaya etiraz

Bakı metrosundakı bahalaşmaya etiraz

Ölkə

13 Oktyabr 2009, 14:51

Bakı metrosunda gediş qiymətlərinin artırılmasına etiraz edən bir qrup gənc oktyabrın 13-də «Hüseyn Cavid» parkında etiraz aksiyası keçirib. Aksiya iştirakçıları «Tağı Əhmədova istefa!», «Metro xalqındır!» kimmi şüarlar səsləndiriblər.
Polis icazəsiz aksiyanı dağıdıb, 10-dan artıq gənc saxlanıb. Onları Yasamal rayonundakı 26 və 27 saylı polis məntəqələrinə aparıblar.
Saxlananlardan «Qırmızı Gənclərin Avanqardı – Bakı» təşkilatının üzvü Rüfət Abbasov "Azadlıq" radiosuna deyib ki, saxlanan zaman gənclərdən xəsarət alan olub: «27-ci bölmədəyik, içəridə müxtəlif təşkilatlardan 9 nəfər var, uşaqların bəziləri yaralanıb, paltarı cırılıb, vəziyyət pisdir, təzyiq göstərirlər, incidirlər, söyüş söyürlər».
Metroda gediş haqqı oktyabrın 1-dən 3 dəfə artırılıb. İndi metroda gediş haqqı 15 qəpiyədir.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir