Modern.az

Deputat polislərə səsləndi: "Gəlin qan verək"

Deputat polislərə səsləndi: "Gəlin qan verək"

Parlament

6 Oktyabr 2010, 15:00

Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədova yeni təşəbbüslə çıxış edib. Təşəbbüs Heydər Əliyev Fondunun talassemiyalı xəstə uşaqlar üçün hər il keçirdiyi qanvermə aksiyasına dəstək olmağı özündə ehtiva edir. G.Əhmədova da bu təşəbbüslə çıxış edərək talassemiyalı uşaqlar üçün qanvermə aksiyasının keçirilməsinə çağırıb. Millət vəkili Respublika Uşaq Təşkilatının, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Sabitlik və İnkişaf Fondunun, Dünya Azərbaycanlıları İctimai Mərkəzinin, Beynəlxalq Diaspora Mərkəzinin nümayəndələrini, Yasamal və Nəsimi rayon polis idarələrinin əməkdaşlarını, bütün qeyri-hökumət təşkilatlarını, universitetləri, dövlət strukturlarını və özəl şirkətləri qanvermə aksiyasına çağırıb. G.Əhmədova bütün ölkə vətəndaşlarını da aksiyada fəallığa səsləyib.

Modern.az-ın məlumatına görə, qanvermə aksiyası oktyabrın 7-i, saat 10.00-da Mirəli Qaşqay küçəsi, 87 ünvanında yerləşən Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda (Respublika Mərkəzi Qan Bankı) keçiriləcək. “Bu təşəbbüs həm İslam dininin buyurduğu qaydalara uyğundur, həm talassemiyalı uşaqlara yardım kimi nəzərdə tutulub. Həm də G.Əhmədova bununla Heydər Əliyev Fondunun, onun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri millət vəkili Mehriban Əliyevanın keçirdiyi aksiyalara hər zaman olduğu kimi dəstəyini nümayiş etdirib”-deyə Respublika Uşaq Təşkilatınından bildirilib.

Modern.az  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!