Millət vəkili, “Dağlıq Qarabagın Azərbaycanlı İcması” İctimai Birliyinin idarə heyətinin üzvü Elman Məmmədov da Türkiyə - Ermənistanın yaxınlaşması ilə bağlı Modern.az-a mövqeyini açıqlayıb: “Ermənistanın Cənubi Qafqazda apardığı siyasət bu ölkənin ətrafdan tam təcridi ilə nəticələnmişdi. Rusiya-Gürcüstan qarşıdurması isə demək olar ki, Ermənistanın İran istisna olmaqla qurudan əlaqəsini kəsdi. Bir daha qeyd etməliyəm ki, bu, Ermənistanın öz əməllərinin bəhrəsi idi”.
Türkiyə - Ermənistanın yaxınlaşması ilə bağlı imzalanan protokol məsələsinə gəlincə, deputat təəssüflə bildirib ki, belə bir vaxtda Türkiyənin Ermənistana qucaq açması işğalçıya can verdi: “Ümid Türkiyənin Böyük Millət Məclisinə qalıb. Məclis Türkiyənin cəmiyyətinin maraqlarını nəzərə alacaqsa, bu protokolu ratifikasiya etməyəcək. Əks təqdirdə, bu ölkədə ciddi çalxalanmalar olacaq”.