Modern.az

Gülər Əhmədovanın deputatlığa namizədliyi qeydə alınıb

Gülər Əhmədovanın deputatlığa namizədliyi qeydə alınıb

7 Oktyabr 2010, 10:01

Noyabrın 7-nə təyin edilmiş parlament seçkilərində deputatlığa namizədliklərin qeydə alınması ilə əlaqədar proses davam edir. Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədovanın da yenid’n namizədliyi qeydə alınıb. Mərkəzi Seçki Komissiyasının «Seçkilər» İnformasiya Mərkəzinin rəsmi internet saytında yerləşdirilən məlumatda G.Əhmədovanın namizədliyinin 34 saylı Xətai ikinci seçki dairəsi üzrə oktyabrın 5-də qeydə alındığı öz əksini tapıb. Məlumatda G.Əhmədovanın imzatoplama kampaniyasına başlamaq üçün sentyabrın 28-də 34 saylı Xətai ikinci seçki dairəsinə müraciət edərək imza vərəqələri götürdüyü, oktyabrın 1-də imza vərəqələrini dolduraraq təhvil verdiyi öz əksini tapıb.
G.Əhmədovanın namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb.
Qeyd edək ki, G.Əhmədova 2005-ci ildə 15 saylı Yasamal seçki dairəsindən millət vəkili seçilib.       

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir