Modern.az

Bakıya gələcək islam ölkələrinin qadın idmançıları - FOTOLAR

Bakıya gələcək islam ölkələrinin qadın idmançıları - FOTOLAR

Reportaj

1 İyul 2015, 00:50

Azərbaycan Respublikası qarşıdakı illərdə daha bir neçə böyük idman tədbirinə evsahibliyi edəcək. Belə böyük idman tədbirlərindən biri 2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları olacaq. Hələlik Azərbaycanda baş tutacaq 4-cü İslam Həmrəyliyi Oyunlarında hansı islam ölkələrinin iştirak edəcəyi müəyyənləşməyib.

Qeyd edək ki, 1-ci İslam Həmrəyliyi Oyunları İslam Əməkdaşlığı Təşkilatının (İƏT) təşkilatçılığı ilə 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilib. Lakin ikinci oyunların 4  il sonra İranda keçirilməsi planlaşdırılsa da, ərəb ölkələri ilə İran arasında yaranan gərginlik səbəbindən 2010-cı ilə qədər təxirə salınıb, daha sonra isə keçirilməməsi haqda qərar verilib.
3-cü İslam Həmrəyliyi Oyunları isə 2013-cü ildə İndoneziyafa baş tutub.

İslam Həmrəyliyi Oyunlarında kişilərlə yanaşı, qadınlar da iştirak edirlər. Bəzi mühafizəkar islam ölkələrini yarışlarda hicablı və örtülü idman forması geyinmiş qadınlar təmsil edir. Heç şübhəsiz ki, Bakıya gələcək qadın idmançılar arasında hicablıların da olacağı gözləniləndir.

Modern.az saytı bundan öncə keçirilmiş İslam Həmrəyliyi Oyunlarında və Asiya Oyunlarında iştirak etmiş qadın idmançıların maraqlı fotolarını təqdim edir.







































A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub