Modern.az

Deputat: «Hərbi hissələrdən birində hələ də işıqlar yanmır»

Deputat: «Hərbi hissələrdən birində hələ də işıqlar yanmır»

7 Oktyabr 2010, 16:50

«Müdafiə Nazirliyinin tabeçiliyində olan hərbi hissələrdən birində hələ də işıqlar yanmır. Mən bu məsələni bir müddət öncə də komitəmizin iclasında qaldırmışdım. Ancaq bu günədək adını çəkmək istəmədiyim həmin hərbi hissəyə işıqların verilməsi hələ də bərpa olunmayıb».
Modern.az
xəbər verir ki, bu fikirləri bu gün parlamentin Təhlükəsizlik və Müdafiə Komitəsinin iclasında komitənin üzvü Adil Əliyev söyləyib. O, qeyd ediib ki, məsələ yaxın günlərdə də öz həllini tapmasa,  parlamentin plenar iclasında bunu qaldıracaq”.

Komitənin sədri Ziyafət Əsgərov məsələdən xəbərdar olduğunu və bununla bağlı Müdafiə Nazirliyi ilə əlaqə saxladığını bildirib: «Mənə dedilər ki, artıq həmin hərbi hissəyə elektrik verilməsi bərpa olunub.  Mən bir daha maraqlanaram və çalışaram ki, bu məsələ həll olunsun».  

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər