Modern.az

Jurnalistə təqzyiqlər var, ona imza verən seçicilər gözümçıxdıya salınır

Jurnalistə təqzyiqlər var, ona imza verən seçicilər gözümçıxdıya salınır

Media

8 Oktyabr 2010, 10:38

72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən jurnalist, “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoya maneçiliklər törədilir. Modern.az saytına açıqlamasında həmkarımız deyib ki, Dairə Seçki Komissiyası onun  namizədliyinin qeydə alınmaması istiqamətində addımlar atmağa hazırlaşır.

Elşad Paşasoyun sözlərinə görə, dairə ərazisində yaşayan seçicilər ona həvəslə imza veriblər. Elşad Paşasoy bildirib ki, o, imza vərəqələrini DSK-ya təqdim edəndən sonra yerli icra strukturları ona imza verənlərə təzyiqlər başlayıb.
“İndi mənə imza verənlər DSK-ya gəlib imzalarından imtina haqda ərizə yazırlar, bəziləri isə bununla bağlı DSK-ya teleqram vururlar. Lakin mən imzalarından imtina edən vətəndaşları qınamıram. Çünki hakimiyyət orqanlarının repressiyası ilə üzləşiblər, bu addımı məcburiyyət qarşısında atırlar”.

Elşad Paşasoy baş verən qanun pozuntuları ilə bağlı Mərkəzi Seçki Komissiyasına, ATƏT-in Bakı ofisinə, ATƏT-in seçkiləri müşahidə missiyasına müraciət edib.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir