Modern.az

II KİV müsabiqəsinin qalibləri bəlli oldu

II KİV müsabiqəsinin qalibləri bəlli oldu

13 Oktyabr 2009, 17:45

Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun jurnalist təşkilatları və mətbuat fondları arasında elan etdiyi II müsabiqə başa çatıb və qaliblərin adları açıqlanıb.
Modern.az xəbər verir ki, Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası 02 oktyabr 2009-cu il tarixində elan olunmuş layihə müsabiqəsinin yekunlarına dair iclas keçirib. İclasda Fondun İcraçı direktoru Vüqar Səfərli, Müşahidə Şurasının sədri Umud Rəhimov, Müşahidə Şurasının üzvləri Vüqar Əliyev, Vüqar Rəhimzadə, Bəxtiyar Sadıqov, Müşfiq Ələsgərli və Zöhrə Əliyeva iştirak edib. İclasda V.Səfərli bildirib ki, 4 istiqamət üzrə elan olunmuş müsabiqəyə 8 təşkilat tərəfindən layihə təqdim edilib. Belə ki, 1-ci istiqamət (Milli mətbuat tarixinin araşdırılması, mətbuat antologiyasının hazırlanması) üzrə 3 layihə, 2 (Müasir mətbuatın fəaliyyətinin marketinqinin monitorinqinin aparılması) və 3-cü istiqamət (Jurnalistlərin peşəkarlığının artırılması məqsədi ilə treninqlərin təşkili (dövri mətbuatda işləyənlər üçün) üzrə müvafiq olaraq 1 layihə, 4-cü istiqamət (Jurnalistlərin peşəkarlığının artırılması məqsədi ilə treninqlərin təşkili (televiziya və radio işçiləri üçün) üzrə isə 3 layihə təqdim olunub.
İclasda iştirak edən M.Ələsgərli təqdim olunan layihələrin mövzularının önəmli xarakter daşıdığını, ilk iki istiqamətin yenilik olduğunu bildirmiş və bu yeniliyin ənənəvi hala keçməsinin vacibliyini vurğulayıb.
Mövzuya dair öz fikirlərini bölüşən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri V.Əliyev isə Azərbaycan mətbuat tarixinin və onun irsinin araşdırılması, jurnalist peşəkarlığının artırılması, eləcə də jurnalistikanın inkişafı kimi mühüm məsələləri əhatə edən istiqamətlər üzrə təqdim olunan layihələr çərçivəsində görüləcək işlərin bu sahədə müstəsna rol oynayacağına əminliyini ifadə edib.
4 istiqamət üzrə təqdim olunan layihələrin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən V.Səfərli, müsabiqədə layihələri qalib gələn təşkilatların adlarını açıqlayaraq, onlara öz işlərində uğurlar arzulayıb.

 1-ci istiqamət (Milli mətbuat tarixinin araşdırılması, mətbuat antologiyasının hazırlanması)

  

1

"Milli Jurnalistika Konqresi"

"Azərbaycan Mətbuat irsinin toplanılması; 2 cildlik Azərbaycan Mətbuat Antologiyasının nəşri və jurnalistlərin maariflənməsi üçün onların istifadəsinə verilməsi"

  

  2-ci istiqamət (Müasir mətbuatın fəaliyyətinin marketinqinin monitorinqinin aparılması)

                         

 

2

"Nəcəf Nəcəfov Maarifçilik və Xeyriyyəçilik Fondu"

"Azərbaycanda KİV-in iqtisadi müstəqilliyinin təmin edilməsi: problemlərin öyrənilməsi və çıxış yolları barədə təkliflər"

 

3-cü istiqamət (Jurnalistlərin peşəkarlığının artırılması məqsədi ilə treninqlərin təşkili (dövri mətbuatda işləyənlər üçün)

  

 

3

Azərbaycan "Mətbuat Şurası"

"Təlim kurslarının təşkili media peşəkarlığının artırılmasında başlıca amil kimi"

 

  

4-cü istiqamət (Jurnalistlərin peşəkarlığının artırılması məqsədi ilə treninqlərin təşkili (televiziya və radio işçiləri üçün)

  

4

"Elektron mediaya Yardım Fondu"

"Teleradio jurnalistlərinin peşəkarlıq səviyyəsinin artırılması"

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi