Modern.az

Siyavuş Novruzov: "Özbaşına seçkiyə qatılan YAP-çıların sayı 40-dan çoxdur"

Siyavuş Novruzov: "Özbaşına seçkiyə qatılan YAP-çıların sayı 40-dan çoxdur"

Parlament

8 Oktyabr 2010, 12:36

Modern.az  xəbər verir ki, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov YAP-ın builki parlament seçkisində iştirakına dair bəzi məlumatlar açıqlayıb.

Deputat jurnalistlərə açıqlamasında deyib ki, builki seçkilərdə YAP 115 dairə üzrə vahid namizəd irəli sürüb. Onlardan 2-si öz istəyi ilə namizədliyini geri çəkib. “Yeni Azərbaycan Partiyası o iki nəfərin yerinə yeni namizəd irəli sürməyəcək, buna ehtiyac görmürük. Qalan 113 namizədin hamısı dairə seçki komissiyalarında qeydə alınıb”.

Hakim partiya funksioneri özbaşına seçkiyə qoşulan YAP-çılardan da danışıb. O, deyib ki,  seçkiyə öz təşəbbüsü ilə qoşulan YAP-çıların sayı 40-dan çoxdur.
Artıq onlardan 15 nəfəri namizədliyini geri götürüb, qalanlardan da yalnız 16 nəfəri dairə seçki komissiyalarına imza vərəqələrini təhvil verib və bunlardan da yalnız 3-4 nəfəri qeydə alınıb.

 Modern.az

   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı