Modern.az

Bakıda yanmış bina noyabrda sakinlərinə təhvil veriləcək - FOTOLAR

Bakıda yanmış bina noyabrda sakinlərinə təhvil veriləcək - FOTOLAR

7 İyul 2015, 12:34


Bir müddət əvvəl  Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən 16 mərtəbəli yaşayış binasında dəhşətli yanğın oldu. Hadisə nəticəsində 15 nəfər dünyasını dəyişdi, 50 nəfər isə xəsarət aldı.

Baş vermiş faciənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə Dövlət Komissiyası yaradılıb.

Həlak olmuş 15 sakinin hər birinin ailəsinə 15 min manat, bina sakini olan 56 ailənin hər birinə isə  yanğın nəticəsində zərər dəymiş əmlakına görə ilkin olaraq 20 min manat olmaqla dövlət vəsaiti hesabına birdəfəlik maddi yardım müəyyən edilib.

Hazırda çoxmərtəbəli yaşayış binasında baş vermiş  yanğının fəsadlarının aradan qaldırılması ilə bağlı  təmir işləri sürətlə davam etdirilir. Məlumatlara görə, artıq binada xeyli işlər  görülüb. Təmir ən qısa müddət ərzində tamamlanacaq.

Modern.az saytının əməkdaşı binanın son vəziyyəti ilə maraqlanmaq üçün hadisə yerində olub. 

Bizi qapıda fəhlələr qarşıladı. Binada  təmir və bərpa işləri gedirdi. İşçilərin təhlükəsizliyi yetərli qədər təmin olunmasa da, usta və fəhlələr binanın fasadında lazımi işləri görməyə davam edirdilər. Bizə binanın içərisinə daxil olmağa icazə vermək istəməsələr də, isarar edib geri çəkilmədik.

Müdriyyət  hadisə yerində deyildi, amma əvəzedici səlahiyyətli  şəxs kimi tikintinin baş mühəndisi Rəhman Məmmədovla görüşdük. Onun  sözlərinə görə, bina başdan-başa  əsaslı təmir olunur. Binanın divarlarındakı gipsalitlər sökülürək kərpiclərlə əvəz edilib. Binadaki bütün su, istilik, elektirik, kanalizasiya sistemi yenilənib. Fəhlələr 2 növbəli iş rejimindədirlər. Bununla yanaşı, döşəmələrin parketlənəcəyi, divarların oboylanacağı da bildirildi. Tikinti üçün lazım olan materiallar “Metak” firması tərəfindən gətirilib.

Sakinlərin narazılığı barə suala  cavab olaraq Rəhman Məmmədov bildirdi ki, iş icraçıları hər istəyi yerinə yetirə bilməzlər. O, binanın bərpasının dövlət layihəsi çərçivəsində  aparıldığını vurğuladı.

Rəhman Məmmədv təmir işlərinin oktyabr-noyabr aylarınadək sona çatacağını diqqətə çatdırdı.

Daha sonra binanın ətrafına baş çəkdik. Yaxınlıqdakı İnternet Klubun müdriyyəti ilə söhbətdə aydın oldu ki, yanğın zamanı internet klub da zərər görüb.İnternet Klubun rəhbəri Şəhriyar Haqverdiyev zərərlə bağlı konpensasiyanın  ödənilmədiyini, lakin aidiyyəti qurumların  klubun təmir işləri ilə məşğul olduğunu sözlərinə əlavə etdi.







Leyla Behbudlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər