Modern.az

Pənah Hüseyn yenə Milli Məclisdə mübahisə yaratdı

Pənah Hüseyn yenə Milli Məclisdə mübahisə yaratdı

8 Oktyabr 2010, 14:21

Xəbər verdiyimiz kimi Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatoru, daxili işlər nazirinin müavini Vilayət Eyvazov insan alverinə dair hesabatı  parlamentə təqdim edib. Maraqlıdır ki, parlamentdə Vilayət Eyvazovun hesabatı deputatların müzakirəsinə verilmədən tələm-tələsik qəbul edilib. Bu isə narazılığa səbəb olub.

Modern.az-ın məlumatına görə, Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn deyib ki, görünür parlamentdə insan alveri məsələsinin müzakirəyə çaxarılmamasında maraqlı qüvvələr var, ona görə onlar müzakirələr imkan vermədən nazir müavininin hesabatını tələsik qəbul etdilər.
Milli Məclis rəhbərliyi isə Pənah Hüseyndən əsassız ittihamlar irəli sürmədən yerində sakit oturmağı tələb edib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi