Modern.az

Türklər Sarkisyana nə yedirəcəklər?

Türklər Sarkisyana nə yedirəcəklər?

14 Oktyabr 2009, 10:00

Oktyabrın 14-də Bakı vaxtilə saat 23.00-da Bursa şəhər stadionunda Türkiyə və Ermənistanın milli futbol komandaları arasında keçirilcək oyunu hər iki ölkənin prezidentləri də izləyəcək. Bu matça böyük diqqət ayıran Türkiyə mətbuatı hətta prezidentlərin Bursa şəhərində hansı yeməklərə qonaq ediləcəyindən də yazıb.
Türkiyə mətbuatı Abdullah Gül və Serj Sarkisyanın stoluna qoyulacaq yeməklərin siyahısını açıqlayıb.
Əsas yeməkdən əvvəl prezidentlərin stoluna ağ pendir, mozzarella pendiri, qızardılmış qarğıdalılı dana əti, hind toyuğu əti, Florida toyuğundan tərəvəzli salat, ispanaq yarpağında qızıl balıq, pomidor kokteyli, qozlu salat, əzilib yağda qızardılmış noxud, gouda pendiri, əsasən yemişdən ibarət olan pendir-tərəvəzli salat, qızardılmış badam, təzə tərəvəzli souslu salat və Ağ dəniz göyərtilərindən salat verilməsi nəzərdə tutulub.
Əsas yemək  isə keçi pendirli kartof püresi, ağ zeytun, badimcan, quru üzüm və şam fıstığı ilə qızardılmış quzu budundan ibarət olacaq. Stolda meşə meyvələri ilə birlikdə şirin giləmeyvə püresi, çərəz də olacaq.
Yeməkdən sonra futbol oyununa gedəcək prezidentlərin kokteylə də qatılacaqları gözlənir.
Prezidentlərə veriləcək bütün yeməkləri xüsusi xidmət orqanları analizdən keçirəcək.
Vilayətin valisi hər iki dövlət başçısını Bursanın simvolu olmuş şabalıd mürəbbəsinə də qonaq etməyi planlaşdırır.
Abdullah Gül və Serj Sarkisyan Bursadakı Almira otelində yemək yeyəcəklər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir