Modern.az

Dayısını itə yedizdirən, generalını topa tutan Kim Çen Inın zəif yeri - FOTOLAR

Dayısını itə yedizdirən, generalını topa tutan Kim Çen Inın zəif yeri - FOTOLAR

Reportaj

14 İyul 2015, 11:18


Şimali Koreya dünyanın ən qapalı ölkələrindən sayılır və bu ölkənin başçısının insanlarla, xüsusilə vəzifə sahibləri ilə rəftarından belə nəticəyə gəlmək olar ki, Kim Çen In həyat yoldaşını öldürtməsə də, hər gün döyür.

Ancaq bu ölkə nə qədər qapalı olsa da, çoxlarının diktator kimi təqdim etdiyi ölkənin lideri Kim Çen In həyat yoldaşı Li Sol Çjunu çoxdan ictimaiyyətdən gizlətməkdən vaz keçib.

Modern.az-ın xarici KİV-lər əsasında apardığı araşdırması zamanı məlum olub ki, birinci ledinin ilk dəfə kütlə qarşısında görünməsi hətta ajiotaja da səbəb olub, heç kimin gözləmədiyi halda xanım Li Sol Çju mini geyimdə və “Dior” firmasının çantası ilə camaatın qarşısına çıxıb.

Şimali Koreyanın gənc liderinin özünün də təmtəraqlı həyat sürdüyünü iddia edənlər az deyil.

Məsələn, Cənubi Koreyanın “Çoson İlbo” nəşrinin yazdığına görə, Şimali Koreyaya ev saunası üçün Almaniya və Finlandiya istesalı olan avadanlıqlar gətirilib.

Bundan əlavə, ölkəyə Avropadan dağ xizəçkiliyi istirahət məkanının tikilməsi üçün avadanlıq gətirildiyi də iddia edilir. Kanvondo əyalətinin Vonson şəhəri ərazisində tikilən həmin istirahət mərkəzinin Şimali Koreyanın rəhbəri üçün nəzərdə tutulduğu bildirilir.

Kim Çen In üçün ölkəyə gətirilən digər xarici mallar arasında Böyük Britaniyada istehsal edilən və hər birinin dəyəri 10 milyon dollar olan iki yaxtanın olduğu da qeyd edilir. Kimin dəyəri 90 min dollar olan məşhur “Patek Filip” firmasının saatını taxdığı da söylənilir.

Birinci ledi Li Sol Çjuya gəldikdə, 1989-cu il sentyabrın 28-də anadan olub. Onun Şimali Koreya lideri ilə münasibətinin qanuniləşdirildiyi haqda ilk məlumat ölkə KİV-də 2012-ci il iyulun 25-də yayılıb.

Bu cütlük isə kütlə qarşısına ondan bir neçə həftə əvvəl çıxıb.


Li Sol Çju Pxenyandakı Kim İr Sen adına universitetin məzunudur. Onun atası müəllim, anası həkimdir. Belə ehtimal edilir ki, Kim Çen In onunla münasibətini 2009-cu ildə qanuniləşdirib. Xarici KİV-in iddiasına görə, o, 2010-cu ilin payız-qışında, yaxud 2011-ci ilin qışında uşaq dünyaya gətirib.

Birinci ledinin ikinci övladının isə 2012-ci ilin dekabr ayının axırında doğulduğu bildirilir.

Hər halda, bu məlumatlara baxmayaraq, ailəni övladları ilə birgə görən olmayıb.

Kim Çen Inın arvadı ilə bağlı ölkə mətbuatında ilk informasiya 2012-ci il iyulun 25-də gedəndən sonra Li Sol Çju haqda Koreya Əmək Partiyasının mərkəzi çap orqanı hesab edilən “Nodon sinmun” qəzetində ardıcıl məlumatlar verilməyə başlayıb. Bu məlumatlarda Şimali Koreya liderinin arvadının müxtəlif rəsmi tədbirlərdə iştirakından bəhs olunub. Bu yazılarda ərlə arvadın birgə fotoları da əks edilib. Məhz həmin materiallara əsaslanaraq cütlüyün toyunun bundan bir əvvəl olduğu iddia edilib.

İmici

Bildirildiyinə görə, Li Sol Çjunun geyim tərzi buna qədər ölkədə qadınlar üçün qəbul edilən ənənədən fərqlənir: o, ictimaiyyət qarşısına qısa yubkada və hətta şalvarda çıxır, qolsuz və şəffaf bluzka köynəklər geyir, bahalı zinət əşyaları daşıyır (Məsələn, “Tiffani” şirkətinin boyunbağı - 4000 ABŞ dolları dəyərində). Bundan əlavə, o, ərindən əvvəlki dövlət başçıları olan Kim İr Senin və Kim Çen İrın portretləri olan döş nişanlarını taxmaqdan imtina edib, halbuki Şimali Koreyada bu nişanları gəzdirmək məcburidir. 

Li Sol Çjunun bu nişanları taxmaqdan imtinası ərinə xüsusi bağlılığının nəticəsi kimi dəyərləndirilir. Bu o deməkdir ki, birinci ledi üçün Kim Çen Indan başqa heç bir kişi yoxdur.

Müşahidəçilərin fikrincə, həyat yoldaşının təsiri altında Kim Çen In bəzi tələblərdən imtina edərək  Şimali Koreya qadınlarının xarici görünüşcə dəyişməsinə imkan verib.

İndi onlara şalvarlı kostyum və cins şalvarlar, qara kolqatkalar, platformalı və dabanlı ayaqqabı geyinməyə icazə verilib, eləcə də qadınların velosipedlə hərəkətinə olan qadağa da ləğv edilib.

Şimali Koreya liderinin arvadı yerli  “Moranbon” ansamblının konsertində görünəndə çoxlarını xarici görünüşü ilə də təəccübləndirib. Birinci ledi konsertə ona xarakterik olmayan qısa saçda gəlib. Kim Çen Inın həyat yoldaşı bununla keçmiş ölkə başçılarının uzun saçlı xanımlarından fərqli olaraq çoxdankı ənənəni də pozub. Ən qapalı ölkədə birinci ledinin bu fərqli saç düzümü onun tamamilə dəbli bir qadın olduğu haqda imic formalaşdırıb. Jurnalistlər də etiraf ediblər ki, bu imici Kim Çen Inın arvadına çox yaraşır. O, daha dəbli görünür.

Bəzi məlumatlara görə, birinci ledinin imicinin dəyişməsinin başlıca səbəbkarı əridir, çünki Şimali Koreya lideri özü də qısa saça üstünlük verir  və xanımının bu imicdə olması onun daha çox xoşuna gəlir.

Hətta “Moranbon” ansamblında çıxış edən qızlar birinci ledinin imicindən faydalanaraq son konsertlərinə qısa saç düzümü ilə çıxıblar.


Şimali Koreyanın indiki birinci ledisi ilə bağlı sensasiyalı məlumatlar da kifayət qədərdir.

Məsələn, bunlardan birində iddia edilir ki, Li Sol Çju 2005-ci ildə Cənubi Koreyaya gedib. O zaman Li Asiya oyunları çərçivəsində Şimali Koreya idmançılarını dəstəkləyirmiş. Bundan əlavə, o, Cənubi Koreyanın İnçxon şəhərindəki bələdiyyə kollecində iki Koreya respublikasının tələbələrinin görüşündə iştirak edib. Həmin görüşdə cənubi koreyalı jurnalistlərlə söhbət edən indiki birinci ledi bəyan edib ki, iki Koreyanın tələbələrinin birlikdə millətin birləşməsi haqda oxuduqları mahnı onda dərin təəssürat yaradıb.

Li Sol Çju ərə gedənə qədər “Inxasu” musiqi kollektivində çıxış edib və Koreya mahnılarını çox yaxşı ifa edib. Onun çıxışlarını indi Yootube-də dinləmək mümkündür.

Əlbəttə, dəbli geyiminə görə Şimali Koreyanın birinci ledisini Azərbaycanın, ABŞ-ın, İordaniyanın birinci xanımları ilə müqayisə etmək olmaz. Ancaq Şimali koreyalı qadın kimi onun qarderobu kifayət qədər zəngin və bahalıdır.

O, dəfələrlə ictimaiyyət qarşısına “Dior” çantaları, “Tiffana” bəzəkləri və “Morvado” saatları ilə çıxıb. Bütün bunlar onun adının dəbli birinci ledilərin sırasında çəkilməsinə səbəb olub.

Şayiələrə görə, Şimali Koreyadakı köhnə qvardiya birinci ledinin fəallığından  razı deyil. Bununla belə, gənc və gözəl birinci ledi Şimali Koreyanı Qərb ictimaiyyətinin nəzərində daha da cəlbedici edir.








Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər