Modern.az

Xüsusi kosmos gəmisi ilk dəfə göyə uçdu

Xüsusi kosmos gəmisi ilk dəfə göyə uçdu

11 Oktyabr 2010, 12:47

ABŞ-da xüsusi bir şirkətə aid kosmos gəmisi ilk solo uçuşunu edib. Virgin Galaktik-in kosmos turizm gəmisi olan “SpaceShipTwo” (Kosmos Gəmisi 2) dünən Kaliforniya əyalətində ana gəmiylə 13 min 715 metr yüksəkliyə çıxarılıb və Mojave çölünün üzərində sərbəst buraxılıb. Ana gəmidən ayrıldıqdan sonra iki pilotun olduğu “SpaceShipTwo” aerodroma enməzdən əvvəl 11 dəqiqə boyunca uçub.  Sınaq uçuşu cəmi 25 dəqiqə davam edib. Qeyd edək ki, məşhur təyyarə dizaynçısı Burt Rutan tərəfindən düzəldilən “SpaceShipTwo”nun kosmosa edəcəyi turistik gəzintilərin biletləri 200 min dollar olacaq. Virgin Galaktik-ə görə, təxminən 370 qədər müştəri, indidən kosmosa səyahət etmək üçün  50 milyon dollar depozit ödəyib. Kosmosa kommersiya xarakterli  uçuşların, istehsalı davam etdirilən kosmos sahəsinin olduğu New Meksiko-dan edilməsi planlanır.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi