Modern.az

Jurnalist deputatlığa namizədlərə tərifləmə xidməti təklif edir

Jurnalist deputatlığa namizədlərə tərifləmə xidməti təklif edir

11 Oktyabr 2010, 14:04

Jurnalist Ceyhun Musaoğlu parlament seçkiləri ərəfəsində özünü biznes sahəsində sınamaq qərarına gəlib.  Modern.az-a açıqlamasında jurnalist bildirib ki, o, istənilən deputatlığa namizədi seçicilərinə əsl vətənpərvər deputat olacaq şəxs kimi təqdim etmə xidməti göstərir. Dəqiqəsi 20 manata olan xidmət zamanı o seçiciləri inandıra bilməyəcəyi halda saniyəsi 20 manatdan cərimə ödəyəcəyini də şərt kimi irəli sürüb:

“Potensialı olan namizədlər var ki, onlar necə insan olduqlarını seçiciyə çatdırmağı bacarmırlar. Çünki söz adamı deyillər. Mən namizədlə müqavilə bağlayacağam və tərəflər qarşılıqlı öhdəlik götürəcək. Əgər seçiciləri namizədin həqiqətən yaxşı adam olduğuna inandırsam dəqiqəsi 20 manatdan qonorarımı alacam. Yox əgər inandırmağa çalışmam əks effekt versə, onda saniyəsi 20 manatdan cəriməmi ödəyəcəyəm”. 

C.Musaoğlu bildirib ki, o tərifləmə xidməti həyata keçirmək fikrindədir: “Kiminsə arxasınca danışmaq istəmirəm. Amma lazım gəlsə, layiqli namizədi də seçicisinin gözündən salaram. Hələ ki, bu yolla getmək istəmirəm. Əgər tərif xidməti ilə para qazana bilsəm, fəaliyyətimi bu yöndə davam etdirəcəyəm. Yox, əgər müraciət edən namizədlərin sayı az olsa, məcburam ki, alternativ üsuldan da istifadə edim”. 

C. Musaoğlunun sözlərinə görə, artıq onunla üç namizəd arasında ilkin razılaşma əldə olunub. 


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub