Modern.az

Buzlu yollara duz yerinə şəkər səpilməsi təklif edilir

Buzlu yollara duz yerinə şəkər səpilməsi təklif edilir

11 Oktyabr 2010, 16:14

İsveçrədə buz bağlayan yollara duz yerinə şəkər tökmək təklifi müzakirə edilir. Modern.az-ın məlumatına görə, isvecrəli millət vəkili Oskar Freysinger  Fedaral Şuraya belə bir təklif irəli sürüb. Onun fikrincə, buz bağlayan yollarda duzun əvəzinə şəkərin istifadə edilməsi həm ekoloji baxımdan faydalı, həm də daha təsirli olar. Freysinger yerli qəzetlərdən birinə verdiyi şərhdə “Bex”və “Schweizerhalle” yataqlarının tükənməsi və anbarların əriməsi ilə bağlı duz idxalının çox baha olduğunu söyləyib. Onun sözlərinə görə, yollarda yerli istehsal olan çuğundur şəkərindən istifadə edilməsi daha sərfəlidir. ABŞ, İsveç, Norveçdə buza qarşı şəkərdən istifadə edilərək onun daha təsirli olduğu sübut olunub. Eyni zamanda bu üsulun infrastruktura daha az zərərli olduğu da müəyyənləşib. Yeni üsulun yalnız bir mənfi xüsusiyyəti var ki, o da şəkərin duzdan baha başa gəlməsidir.

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı