Modern.az

Türk jurnalist: “Türkiyənin Azərbaycanla oyunda xal itkisinə təəccüblənmərəm”

Türk jurnalist: “Türkiyənin Azərbaycanla oyunda xal itkisinə təəccüblənmərəm”

Mədəni̇yyət

11 Oktyabr 2010, 16:24

Oktyabrın 12-də Bakıda Azərbaycan və Türkiyə milli komandaları arasında Avropa çempionatının seçmə oyunu keçiriləcək. Oyun ərəfəsində Türkiyənin tanınmış idman yazarlarından olan Necati Şatana qol.az-a görüş barəsində öz fikirlərini açıqlayıb

- Türkiyə Azərbaycanla matça 0:3 hesablı məğlubiyyətlə gəlir. Almaniya ilə oyunda alınan yenilgi Azərbaycanla qarşılaşma ərəgəsində türkiyəli futbolçuların əhval-ruhiyyəsinə necə təir edib?
- Türkiyə Almaniya qarşısındaкы məğlubiyyətlə sadəcə 3 xal itirmədi. Bundan daha çox şey itirdi. İnamını və gələcəyə olan ümidlərini də itirdi. Türkiyə milli komandası son 20 ilin ən pis futbolunu nümayiş etdirdi. Açığı, Fatih Terimin vaxtında məğlub olsaq belə, komanda çox yaxşı səviyyədə futbol oynayırdı. Meydanda hər an hər şey edə biləcək bir milli komanda olurdu. Buna baxmayaraq, Fatih Terim şanssızlıqla düçar olduğumuz məğlubiyyətlərdən sonra hədəf alındı. Bu komandanın daha çox şey edə biləcəyinə inam var idi deyə Quus Hiddink ilə razılığa gəlindi. Həm də Hiddinkə ödənən pul Fatih Terimə veriləndən 6.5 dəfə çox oldu. Belə olan halda isə, hər kəs Berlindəki qarşılaşmada daha yaxşı oyun və qələbə gözləyirdi. İndi isə növbədə dost və qardaş Azərbaycan millisi ilə matç var. Şübhəsiz, qətiyyətlə deyə bilmərik ki, Türkiyə bu qarşılaşmada qələbə qazanacaq. Bu matçdan məğlub olacağımızı da gözləmirəm, amma xal itkisinə təəccüblənmərəm. Bo oyunda Türkiyə ya qələbə qazanar, ya da matç heç-heçə nəticələnər.
- Türkiyədə bir çox futbol adamı və jurnalist Azərbaycanı rahatlıqla məğlub edəcəyini bildirir. Bu haqda Sizin fikriniz necədir?
- Bəli, ümumi düşüncə belədir. Ancaq belə qarşılaşmalar Azərbaycanda fərqli bir atmosferdə oynanır. Hər nə qədər qardaş da olsaq, meydanda rəqibik və Azərbaycan milli komandasının oyunçuları da Türkiyəyə gözəl futbol nümayiş etdirmək istəyəcəklər. Bu mənada, çətin bir qarşılaşma olacaq. Müasir futbolda asanlıqla qalib gəlmək dövrü bitib. Qələbə kağız üzərində yox, meydanda qazanılır. Ona görə də daha çox qaçan, mübarizə aparan və intizamı əldən verməyən komandalar favorit komandalarla görüşdə qələbə qazana bilir. Məncə, Azərbaycan milli komandası əlavə ruh yüksəkliyi ilə bu qarşılaşmadan xal qopara bilər. Çünki dediyim kimi, Türkiyə Almaniya ilə qarşılaşmada beyin təfəkkürü baxımından böyük yara aldı. Komandaya olan inam azaldı.
- Azərbaycanın və klublarının qarşılaşmalarını izləmisiniz? Bizim futbolumuzla bağlı düşüncələriniz necədir?
- Açığı, çox da izləmək imkanımız olmur. Mən Türkiyədə “Qalatasaray”ın azarkeşiyəm, Azərbaycandan isə “Qarabağ”a azarkeşlik edirəm. Qarabağ bütün türk dünyası üçün önəmli bir bölgədir. Bizim bölgəmizdir... Buna görə də “Qarabağ”ın uğur qazanmasını arzu edirəm. “Qalatasaray”ın əfsanə kapitanlarından Bülənt Qorxmazın çalışdırdığı “Bakı” komandasını az da olsa, izləmişəm. Bu məqamda çox önəmli bir məsələyə toxunmaqda fayda var. Artıq Avropa vahid ölkə oldu və Avropa Birliyi vətəndaşları birlik çərçivəsində legioner kimi oynamır. Bununla yanaşı Cənubi amerikalı bir çox oyuncu Portuqaliya, İspaniya və İtaliyada yerli futbolçu kimi çıxış edə bilir. Məncə, Türk dünyasının da belə bir addıma ehtiyacı var. Niyə bir Azərbaycan futbolçusu Türkiyədə legioner kimi oynasın ki?! Bu önəmli əngəl dəf edilərsə, Azərbaycan futbolu daha da irəli gedər.
- Türkiyə Azərbaycanla rəsmi qarşılaşmalarda qələbə qazansa da, hər dəfə çətinşiklə üzləşib. Eyni halın təkrarlanacağını gözləyirsiniz?
- Bəli… Çətin matç olacağına inanıram, amma dostluğun qazanacağına əminəm. Bu qarşılaşmanın Azərbaycanda daha çox həyəcan yaratdığını düşünürəm. Ancaq Türkiyənin da hədəfləri var və mütləq qələbə qazanmalıdır. Azərbaycan həm Türkiyə, həm də Türkiyənin rəqiblərinə qarşı çox ruhlanmış formada oynayarsa, bu qrupdan ikinci olaraq çıxmaq Türkiyə üçün daha asan olar. Avstriyanı hələ də Türkiyə səviyyəsində hesab etmirəm. Məğlubiyyətiniz çox üzücü idi. Məncə, Azərbaycan ən böyük çatışmazlığı təcrübədir. Bu, səfər qarşılaşmalarında daha çox büruzə verir. Türkiyə əvvəlki kimi oynayarsa, Avstriyanı həm ev, həm də səfər qarşılaşmasında məğlub edər.
- Türkiyə ilə qarşılaşmalar Azərbaycan hər zaman böyük maraqla gözlənilib. Buna türk derbisi kimi yanaşılıb. Bəs, Azərbaycanla oyunu Türkiyədə maraqla gözləyənlər varmı? Yoxsa bu, adi bir qarşılaşma hesab edilir?
- Düzünü desəm, Türkiyədə Azərbaycan futbolu çox da tanınmır. Türkiyədə Azərbaycanın üç klubunu guclə tanıyarlar. Bu, təbii ki, marka problemidir. Əgər yaxın zamanlarda Azərbaycandakı komandalar da beynəlxalq arenada uğur qazana bilsələr, adları eşidiləcək. Fikrimcə, Azərbaycan hələ yolun əvvəlindədir. Türkiyə belə Avropanın ən bahalı çempionatlarından birinə malik olmasına baxmayaraq, təəssüf ki, davamlı uğur əldə edə bilmir. Avropadakı oyunçuların son dayanacağı olmaq lazım deyil. Biz Qətər və ya zəngin ərəb ölkələri kimi olmamalıyıq. Gənc və bacarıqlı futbolçulara üstünlük verən bir ölkə olanda onsuz da davamı gəlir. Hazırda Türkiyəyə çox önəmli ulduzlar gəlir. Hacının gəlişi bir inqilab idi. Daha sonra Riberi, Anelka və adını tək-tək saya bilməyəcəyim neçə bənzər futbolçu Türkiyəyə üstünlük verdi. Hazırkı kollektivdə Azərbaycandakı nəticələri bilən yoxdur. İndi soruşsanız, 10 nəfərdən 9-u ötən mövsüm Azərbaycanda hansı komandanın çempion olduğunu bilməz.

 
Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi