Bu gün gənclər və idman naziri Azad Rəhimov Parlament Jurnalistlər Birliyinin bir qrup üzvünü qəbul edəcək. Birliyin sədri Elşad Eyvazlı Modern.az-a bildirib ki, bu il oktyabrının 5-dən 9-dək Gənclər və İdman Nazirliyi, Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə Qubada jurnalistlər üçün təşkil edilən yay düşərgəsində iştirak edən jurnalistlərə nazir tərəfindən diplomlar veriləcək. Onun sözlərinə görə, görüşdə həmçinin gənc jurnalistlərin problemləri çözüləcək.