Modern.az

ABŞ “Xorasan” liderini məhv etdi

ABŞ “Xorasan” liderini məhv etdi

Dünya

22 İyul 2015, 10:29

 

Pentaqon  “Xorasan” terrorçu  qrupunun lideri Muhsin Əl-Fadlinin məhv edildiyini bəyan edib.

Modern.az saytının xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin rəsmisi Ceff Devis Əl-Fadlinin Suriyada öldürüldüyünü bildirib.  

Onun sözlərinə görə terrorçu lider 8 iyulda Suriyanın Sarma rayonunda ABŞ hava qüvvələrinin keçirdiyi əməliyyat zamanı məhv edilib.  

Məlumatlara görə Əl-Fadli “Əl-Qaidə”nin yüksək səviyyəli üzvlərindən biri olub. ABŞ onun başına 7 milyon dollar mükafat təyin etmişdi.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı