Modern.az

Amerikalı generallardan həyəcan TƏBİLİ: “Rusiya ABŞ üçün təhdiddir”

Amerikalı generallardan həyəcan TƏBİLİ: “Rusiya ABŞ üçün təhdiddir”

Dünya

22 İyul 2015, 10:58

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisliyi postuna namizədi, general Mark Miller Rusiyanı dünyada  əsas təhlükə hesab edir.

Modern.az saytının xarici KİV-ə istinadən verdiyi xəbərə görə Mark Miller qeyd edib ki, Rusiya ABŞ üçün potensial təhdiddir. O, ABŞ Senatının komitələri qarşısında çıxışı zamanı bildirib:  

“Rusiya tərəfindən təhlükə ona görə ciddidir ki, Moskva nüvə silahına malikdir. Həmçinin son zamanlar təvüzkar siyasət aparır. Rusiya 2008-ci ildə Gürcüstana hücum etdi. Sonra Ukraynaya hücum edərək, Krımı işğal etdi. Rusiyanın nüvə silahı ABŞ-ın mövcudluğu üçün potensial təhlükədir”.  

ABŞ Dəniz Piyada Qoşunlarının generalı Cozef Danford da Rusiya təhlükəsindən danışıb.   “Rusiya ABŞ-ın milli təhlükəsizliyinə ən böyük təhlükədir”,-deyə o bildirib.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı