Modern.az

Keçmiş nazir: “Baş nazir ya intihar etməli idi, ya da edam ediləcəkdi”

Keçmiş nazir: “Baş nazir ya intihar etməli idi, ya da edam ediləcəkdi”

Dünya

22 İyul 2015, 14:11



Yunanıstan keçmiş maliyyə naziri Yanis Varoufakis istefa verməsinin səbəbinin referendumdan bir gecə əvvəl hökumətin müqaviləyə “bəli” deyəcəyinin fərqinə varması olduğunu deyib. Modern.az-ın xarici KİV-ə istinadən  verdiyi xəbərə görə, səhv etdiyini qəbul edən Varoufakis deyib ki, baş nazir Çipras bir qərar verməyə məcbur idi: “O , ya intihar etməli, ya da edam edilməli idi”.

Müzakirələr zamanı Yunanıstanın və özünün bir çox səhv etdiyini qəbul edən Varoufakis bildirib ki, Troykanın məntiqli və hər iki tərəfə fayda verəcək bir müqavilə bağlamaq kimi bir məqsədi olmayıb.

Onun fikrincə, beynəlxalq kreditorlar daha çox SYRİZA hökumətini alçaltmağı, hakimiyyətdən devirməyi, ya da ən azından öz siyasətindən imtina etməyi qarşısına məqsəd qoymuşdu.

O, hökumətin yönümünə görə istefa etməsinə baxmayaraq Çiprasın arxasında olduğunu bildirib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!