Modern.az

Sərnişin avtobusu çaya düşdü: 30 nəfər öldü

Sərnişin avtobusu çaya düşdü: 30 nəfər öldü

Dünya

23 İyul 2015, 22:27



Hindistanın şimalında, Ximaçal-Pradeş ştatında sərnişin avtobusunun çaya düşməsi nəticəsində 30 nəfər ölüb, 22 nəfər yaralanıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, qəza güclü yağışların yağdığı Kulla dairəsində qeydə alınıb. Qəzanın səbəbi dəqiqləşdirilir.

Hindistan yol nəqliyyat hadisələrində ölənlərin sayına görə digər ölkələri geridə qoyur. Yalnız 2014-cü ildə yollarda 141 min adam həlak olub. Hindistanda yol qəzalarının baş verməsinin əsas səbəbi sürət həddinin aşılmasıdır.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır