Modern.az

Türkiyə parlamentinin təcili növbədənkənar iclası çağırıldı

Türkiyə parlamentinin təcili növbədənkənar iclası çağırıldı

23 İyul 2015, 23:52


Şanlıurfanın Suruç rayonunda baş verən terror nəticəsində 32 nəfərin həyatını itirməsi bu günlərdə Türkiyə siyasətçilərinin ən çox müzakirə etdiyi mövzulardan biridir. Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, parlamentin növbədənkənar toplaşması çağırışını Cümhuriyyət Xalq Partiyası (CHP) rəsmiləşdirib.

Ana muxalifət partiyası 116 deputatın imzası ilə Türkiyə Böyük Millət Məclisinin (TBMM) iyulun 29-da təcili iclas keçirməsinə çağırıb.

CHP-nin parlamentdəki qrupunun sədr müavini Özgür Özel son günlər baş verən terror hadisələri səbəbilə Məclis Araşdırma Komissiyasının yaradılması və buna dair görüşün keçirilməsi məqsədilə Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasının iyulun 29-da fövqəladə iclasının keçirilməsinin zəruri olduğunu bildirib.

İyulun 14-dən istirahətə gedən TBMM-nin növbədənkənar toplaşması üçün 110 millət vəkilinin imzası lazımdır.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir