Modern.az

Davudoğlundan dünyaya mesaj: “Türkiyə Suriya münaqişəsində tərəf deyil”

Davudoğlundan dünyaya mesaj: “Türkiyə Suriya münaqişəsində tərəf deyil”

24 İyul 2015, 15:56

Türkiyənin baş naziri Əhməd Davudoğlu ölkəsinin Suriya münaqişəsində tərəf olmadığını və bundan sonra da olmayacağını deyib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, dövlət başçısı ölkəsinə təhdid olacağı təqdirdə Suriyaya qarşı əməliyyat keçiriləcəyini bildirib.

“Münaqişə tərəfi deyilik. Amma bizə qarşı təhlükə olarsa, dünən və bu gün keçirdiyimiz əməliyyatlardan yenə keçirəcəyik”.

Türkiyənin yaydığı rəsmi məlumata görə, gecə saatlarında 3 ədəd F-16 təyyarəsi lazerli nişangahın köməyi ilə “İŞİD”in Suriyadakı 3 komanda mərkəzini məhv edib. Hava zərbələri haqda qərar Suruçdakı teror aktı və 1 türk hərbçisinin ölümü ilə nəticələnən insidentdən sonra Türkiyə Milli Təhlükəsizlik Şurası tərəfindən verilmişdi.

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi