Modern.az

Türkiyə ABŞ-la “İŞİD”ə qarşı birləşdi - DETALLAR

Türkiyə ABŞ-la “İŞİD”ə qarşı birləşdi - DETALLAR

24 İyul 2015, 17:11

Türkiyə baş naziri Əhməd Davudoğlu yerli mətbuata açıqlamasında Amerika ilə əldə olunan yeni razılıqdan danışıb. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, razılşama “İslam Dövləti” qruplaşmasına qarşı yönəlib və Türkiyə-Suriya sərhədinin 90 kilometrlik zolağı boyunca Suriya ərazisinə doğru 50 kilometr məsafədə uzanacaq təhlükəsizlik buferinin yaradılmasını nəzərdə tutur. Əvəzində rəsmi Ankara “İncirlik” hərbi bazasındakı Amerika aviasiyasına Suriyadakı “İŞİD” mövqelərini bombalamağa icazə verəcək. 

“İndi hamı başa düşdü ki, Türkiyənin qaldırdığı məsələlər nə qədər vacibdir. Əgər 3 il əvvəl dediyimiz təhlükəsizlik zolağı yaradılsaydı, “İŞİD” Türkiyə sərhədlərinə bu qədər yaxınlaşmazdı və biz də bu qədər qaçqın sayı ilə üzləşməzdik. ABŞ-la bizi narahat edən məsələlərdə razılaşmışıq, amma detalları sizə deməyəcəm”-deyə Türkiyə baş naziri Əhməd Davudoğlu söyləyib.

“İslam Dövləti” BMT tərəfindən bəşəriyyət üçün ən böyük 3 təhlükədən biri sayılır. İraq və Suriyada geniş ərzailər zəbr etmiş terroe qruplaşması Şimali Afrika və Yaxın Şərqdə öz təsirini artırmaqda davam edir.

Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir