Modern.az

Rusiyanın “baş kəşfiyyatçısı” Ermənistana gəldi

Rusiyanın “baş kəşfiyyatçısı” Ermənistana gəldi

25 İyul 2015, 11:55


Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general-polkovnik İqor Serqun ötən gecə Ermənistan paytaxtına gəlib. Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, Serqun Ermənistanın hərbi və siyasi rəhbərləri ilə görüş keçirəcək. Rusiyanın baş kəşfiyyatçısı regional və beynəxalq problemləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ermənistanlı həmkarları ilə müzakirələr aparacaq.

Daha çox “QRU” adı ilə tanınan Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi  kosmik və radoelektron da olmaqla bütün növ kəşfiyyat fəaliyyəti ilə məşğul olan əsas orqandır. Qurum birbaşa Rusiya müdafiə nazirinə tabedir və dünyanın ən effektli kəşfiyyat orqanlarından biri sayılır.

 

Vüqar İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı