Modern.az

Kompüter istifadəçilərinin yarısı pirat proqramlardan istifadə edir

Kompüter istifadəçilərinin yarısı pirat proqramlardan istifadə edir

14 Oktyabr 2009, 12:11

Kommersiya proqram təminatı (PT) istehsalçıları assosiasiyası (Business Software Alliance, BSA) dünya bazarında lisenziyasız proqram təminatının istifadə səviyyəsinə dair növbəti hesabatını təqdim edib.

Asossiasiya bəyan edib ki, personal kompüterlərdə quraşdırılmış proqramların təqribən 41% qanunsuz yolla əldə olunub. Dünya sənayesinə pirat proqram təminatının yayılmasından dəyən zərər isə 53 milyard ABŞ dollarına qiymətləndirilir. Şəbəkədə qanunsuz proqram təminatının əsas mənbəyi isə onlayn-hərraclar, korporativ resurslar, fayl mübadiləsi və sosial şəbəkələrdir. Cari ilin ilk 6 ayı ərzində BSA pirat proqram təminatını təqdim edən 19 min qanunsuz internet-hərracların fəaliyyətinin dayandırılmasını və 100 mindən çox torrent-faylların silinməsini tələb edib. BSA tərəfindən təqdim olunmuş bu məlumatlar piratlığın zərərli proqram təminatına daxil olma səviyyəsinin artmasına şərait yaratdığını göstərir.
Hesabatda bildirilir ki, hazırda proqram təminatı sahəsində piratlıq daha çox Rusiya, Türkiyə, Braziliya və Meksikada yayılıb.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi