Modern.az

Terrorçu qadın özünü barda partlatdı

Terrorçu qadın özünü barda partlatdı

26 İyul 2015, 16:28


Kamerunun şimalındakı Marua şəhərində baş verən terror nəticəsində 19 nəfər ölüb, 62 nəfər yaralanıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, terrorçu qadın özünü axşam saatlarında barda partladıb. Yerli sakinlər ölənlərin sayının 30 olduğunu iddia ediblər, ancaq bu rəqəm rəsmən təsdiqlənməyib.

Bu, ölkədə son vaxtlar baş verən ilk terror deyil. İyulun 13-də iki nəfər özünü Kamerunun şimalındakı Fotokol şəhərində partladıb. Həmin terrorçulardan biri də özünü çoxlu müştərinin olduğu vaxt barın daxilində partlatmışdı. Nəticədə 11 nəfər həlak olmuşdu.
Bu hücumlara görə İraq-Şam İslam Dövləti (İŞİD) terror təşkilatının “Qərbi Afrika vilayəti” qruplaşmasından şübhələnirlər (yaxınlara qədər “Boko Xaram” kimi tanınırdı).

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir