Modern.az

Nepalda 10 yaşlı oğlanı qurban kəsdilər

Nepalda 10 yaşlı oğlanı qurban kəsdilər

Dünya

26 İyul 2015, 23:20

Nepalın cənub-qərbində 10 yaşlı oğlanı öldürməkdə ittiham olunan 5 nəfər həbs edilib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, onlar insanı qurban etməkdə təqsirkar bilinirlər.

Üç gündür itkin düşmüş hesab edilən Djivan Koxarın cəsədi Hindistanla sərhəddəki Navalparasi rayonunun Kudiyya kəndində tapılıb. Oğlanın boğazını kəsiblər.

Djivananın atası kənd şamanı ilə məsləhətləşdikdən sonra artıq cinləri xəstə oğlu vasitəsilə qovmaq məqsədilə qətli törətdiyini etiraf edib. Şaman qonşuların köməyi ilə uşağı aldadıb ayrı yerə gətirib və ona peçenye və 50 ABŞ senti ödəyəcəyini vəd edib. O, sonra dini ayin yerinə yetirərk oğlanı öldürüb və meyitini kolluğa atıb.


Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!