Modern.az

Ermənistanda aksiya yenidən başlayır

Ermənistanda aksiya yenidən başlayır

Dünya

26 İyul 2015, 23:48

İyulun 27-də Ermənistanda elektrik enerjisinin qiymətinin artırılmasl ilə bağlı hakimiyyətin qərarının ləğv edilməsi ilə tələbi ilə Yerevandakı ən böyük meydanlardan birində - Respublika meydanında oturaq aksiya keçiriləcək. Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, bu haqda “Ayağa qalx, Ermənistan!” vətəndaş hərəkatının şurasından xəbər verilib.

Aksiya yerli vaxtla saat 18:00-da başlayacaq. Ermənistanda elektrik enerjisinin qiymətinin artırılması ilə bağlı ictimai xidmətlərin tənzimlənməsi üzrə komissiyanın qəbul etdiyi qərar avqustun 1-dən tətbiq ediləcək. İlk etiraz aksiyası iyunun 19-da keçirilib və gecə saatlarında Prezident Administrasiyasına tərəf yürüş etməyə cəhd göstərən dəstələr polis zorakılığı ilə üzləşiblər. Bundan sonra etirazçıların radikal hissəsi Baqramyan prospektində aksiyanı davam etdiyib.
İyulun 6-da polis müddətsiz aksiya iştiraçılarını da dağıdıb.

“Ayağa qalx, Ermənistan!” hərəkatı avqustun 1-dək qərarın ləğvini tələb edir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?