Modern.az

Uitni Hyustonun qızı öldü

Uitni Hyustonun qızı öldü

27 İyul 2015, 10:55

Dünya şöhrətli müğənni Uitni Hyustonun qızı dünyasını dəyişib. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, Bobbi Kristina Braun bir neçə ay idi ki, komadaydı. Bobbi Kristina Braunun ölüm xəbərini Amerika KİV-i mərhumun ailə üzvlərinə istinadən yayıb:

“O nəhayət Tanrının qolları arasındadır. Bu bir neçə ayda bizə sevgi və dəstək göstərən bütün insanlara dərin minnətdarlığımızı bildiririk”.

Bobbi Kristina Braun bu il yanvarın 31-də vətəndaş nikahında yaşadığı Nik Qordon tərəfindən huşsuz vəziyyətdə xəstəxanaya çatdırılmışdı. Həmin vaxtdan süni nəfəs aparatına qoşulan ifaçının qızının hamamda yıxılaraq başını divara vurduğu deyilirdi.

Mətbuatda yayılan iddialar arasında Nikin Bobbinin sərvətini ələ keçirmək üçün onu itələyərək bu vəziyyətə saldığı yer almışdı. Bobbinin başındakı şiş də şayiələrin güclənməsinə səbəb olmuşdu.

Həkimlər 21 yaşlı qızın yaşaması üçün heç bir şansın olmadığını deyirdilər.

Bobbinin anası, məşhur müğənni Uitni Hyuston üç il bundan əvvəl yüksək dozada narkotik qəbulu nəticəsində yaranmış kəskin ürək çatışmazlığı səbəbindən həyatını itirmişdi.


Sevinc Yasinqızı

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir