Modern.az

İslam Kərimovun ilk məhəbbəti: yəhudi ilə evlənən prezidentin ikinci arvadı da özbək deyil - FOTOLAR

İslam Kərimovun ilk məhəbbəti: yəhudi ilə evlənən prezidentin ikinci arvadı da özbək deyil - FOTOLAR

Reportaj

30 Avqust 2016, 13:08



2008-ci ildə Özbəkistan prezidenti İslam Kərimovun birinci həyat yoldaşı olmuş Natalya Petrovna Kuçma 71 yaşında Daşkənddə vəfat edib. Natalya Petrovna həyatının böyük hissəsini Özbəkistan Elmlər Akademiyasının Botanika İnstitutunda elmi əməkdaş kimi işləyib. Özbəkistan prezidentinin ilk məhəbbəti sayılan Natalya Petrovna Daşkənddəki Botkinski qəbiristanlığında dəfn olunub. Ölkə başçısının birinci həyat yoldaşının qəbri Rusiya imperiyası zamanından mövcud olan qəbiristanlıqda, Aleksandr Nevskinin məbədinin yaxınlığındadır. 

İslam Kərimov milliyyətcə yəhudi olan Natalya Petrovna (Pinxausovna) Kuçma ilə 1964-cü ildə evlənib və bu evliliyin Özbəkistan prezidentinin xidməti postlarda yüksəlişi üçün böyük xidmətləri olub. Evlənəndən iki il sonra onların oğlu - Pyotr İslamoviç Kərimov anadan olub. Natalya Kuçma ilə uğursuz nikahdan sonra İslam Kərimov Tatyana Akbarovna Kərimova (atası tacik, anası yəhudi) ilə evlənib.

Modern.az  saytı “İlk məhəbbət” layihəsində bu dəfə Özbəkistan prezidenti İslam Kərimovun evliliyindən bəhs edir.

İslam Kərimovu hakimiyyətə gətirən arvad...


İkinci arvadı da İslam Kərimovun xidməti pilləkənlərlə irəliləməsinə o zamanlar SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsində çalışan yəhudi əsilli uzaq qohumları (Liqaçov və Yakovlev) vasitəsilə yardımçı olub. 1989-cu ildə İslam Kərimov Özbəkistan SSR Kommunist Partiyasına rəhbər təyin olunmasına görə də ikinci arvadına borcludur. Bununla belə, Kərimovun bu vəzifəyə təyinatında özbək əsilli Kudrat Əhmədov və Şükrulla Mirsəidovun da əli olub. Bu manevr ona görə lazım idi ki, zərurət yaranardısa (İslam Kərimovun hakimiyyətə gəlməsi tarixinin ifşası gündəmə gələcəyi təqdirdə) ictimaiyyət bu tarixin yalnız bəlli olmayan tərəfini öyrənə bilsinlər. Qüdrət Əhmədovla Şükrulla Mirsəidovun bu işə cəlb olunması ona görə lazım idi ki, insanlarda Kərimovu guya hakimiyyətə yəhudilərin deyil, özbəklərin özlərinin gətirdiyi fikri yaransın.

Qorbaçova 2 min ədəd Nikolay qızılı hədiyyə edilib...

Yeri gəlmişkən, İslam Kərimovun Özbəkistan Kommunist Partiyasının birinci katibi təyin olunması zamanı yenə problem ortaya çıxıb: Moskva (Mixail Qorbaçov) Kərimovun atası Abduqəni Kərimov xalq mülkiyyətini oğurlamaqda mühakimə olunduğuna görə təyinatdan imtina edib. Moskvadan bu bəd xəbər gələndə Kərimov Kaşkadərya vilayətinin Karşi şəhərindəymiş. Kremldən bu pis xəbəri eşidən Kərimov həmişəki kimi özünə qapılıb. Bir həftə boyunca Kaşkadəriya vilayət partiya komitəsində heç kim ona yaxınlaşa bilməyib ki, işə çıxmasını xahiş etsin. Yalnız növbəti həftə, A.Yakovlev (Kərimovun arvadının xahişi ilə) yenidən Mixail Qorbaçovun yanına gedib ki, öz həmvətənini Özbəkistan Kommunist Partiyasının birinci katibi kimi yoxlanılmasını xahiş etsin. Kifayət qədər məlumat olmasa da, (informasiya yalnız iki mənbədədəndir), deyilənə görə, Yakovlev Qorbaçovu razı salmaq üçün ona 2 min ədəd üzrərində Rusiya çarı II Nikolayın əksi olan əntiq qızıl sikkə verib. Daha bir tam sübut olunmayan məlumata görə, bu sikkələri Səmərqənddəki mafioz yəhudilər təqdim ediblər.

Nəhayət, Yakovlev Qorbaçovu Özbəkistanın idarə olunmasının İslam Kərimova tapşırılmasına razı sala bilir. Bu vəzifəyə gələn İslam öz aparatını yəhudi kadrlarla möhkəmləndirir.

Atasının dəstəyinə ehtiyacı olmayan oğul...

İslam Kərimovun birinci nikahı 1969-cu ildə pozulub. Həyat yoldaşı Natalya Petrovna Kuçma bioloq, sonradan Özbəkistan SSR Elmlər Akademiyasının Botanika İnstitutunda işləyib, V.Çkalov adına Daşkənd avasiya istehsalat birliyinin direktorunun qızı idi. Məhz qayınatası sonralar kürəkənini öz yanında kənd təsərrüfatı maşınqayırması üzrə mühəndis-konstruktor kimi işə düzəldib. Ancaq bu, o qədər də vacib deyildi, çünki məhz bu andan sonra səmərqəndli oğlanın karyerasında yüksəliş  başlayıb.


Pyotr Kərimov

“Etik cəhətdən boşanmanın səbəbini açıqlaya bilmirəm, çünki Natalya Petrovna anamla tez-tez telefonla danışanda bunu söyləyib. Yalnız onu deyim ki, İslam Kərimov keçmiş arvadına özünə lazım olanda diqqət ayırıb. Məsələn, Andropov təmizliyi başlayanda Özbəkistanda “pambıq işi” adlanan istintaq aparılırdı, partiya-sovet aparatının elitası sürətlə kommunist prinsiplərinə sadiq olduğunu sübut etməyə cəhd göstərirdi. Məhz o zaman Kaşkadərya Vilayət Partiya Komitəsinin katibi İslam Kərimov Natalyanın yanına gələrək tələb edir ki, oğlu hərbi xidmətə yollansın. “Əks halda deməyə başlayacaqlar ki, Pyotrun hərbi xidmətdən yayınmasına mən kömək edirəm, bu isə korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadədir”, - deyə o, iddia edib. Buna baxmayaraq bu nəsihətinə keçmiş arvadı əhəmiyyət verməyib”, - bunu İslam Kərimovun oğlu Pyotrun adını açıqlamayan dostlarından biri danışıb.

Onun sözlərinə görə, Pyotr sağlamlıq durunmuna görə də xidmətə yararlı deyildi. Lakin bu, İslam Abduqaniyeviçin qərarına heç bir əks təsir etmir. Pyotr sovet ordusuna xidmətə gedir:

“Pyotrun necə xidmət etdiyini bilmirəm, ancaq düşünürəm ki, vicdanla və sədaqətlə bütün mərhələləri keçib. Hər ehtimala qarşı, heç vaxt ondan ordu ilə bağlı mənfi bir fikir eşitməmişəm. Doğrudur, çənəsində çapıq vardı. O, utana-utana etiraf edirdi ki, Leninqradda məzuniyyət zamanı gəzəndə siqaret istəyən gənclərə “çəkmirəm” deməsi xoş getmədiyindən xuliqanlarla dalaşıb. O, mənim kurs yoldaşım idi, bir yerdə Daşkənd Xalq Təsərrüfatı İnstitutunda oxumuşuq. İnstitutdan kənarda da vaxtımızı bir yerdə keçirmişik. Pis oxumurdu, ancaq elə anlar olurdu ki, tələbə hiyləgərliyindən istifadə etmək lazım gəlirdi.
Birinci kursda ali riyaziyyat fənnini bizə qoca qız Tamara deyirdi. Tələbkar və güzəştə getməyən xanım idi,  yalnız rəqəmləri və formulları sevirdi. Bir gün Pyotr gülümsəyərək mənə dedi ki, müəlliməyə vurulub. Müəllimə isə yaş fərqinə görə bu sevginin baş tutmayacağını demişdi”.

Dostunun sözlərinə görə, 1983-84-cü illərdə fakültədə heç kimə gizli deyildi ki, Pyotrun atası maliyyə naziridir: “O zaman Özbəkistan cəmiyyətində, əsl hakimiyyət və sərvətə münasibətdə bu o demək idi ki, belə bir məmurun oğlu toxunulmazdır və “blatnoy”dur. Ancaq Pyotr heç zaman bir dəfə də özünün “imtiyazlı” statusundan istifadə etmədi. Ola bilsin ki, bu ondan irəli gəlirdi ki, o atasının dəstəyinə ehtiyac görmürdü və öz yolunu müstəqil getmək istəyirdi. O zaman onun ögey bacıları atasının qəyyumluğundan gen-bol yaralanırdılar. Onların bütün gələcək diplomatik kareyraları, biznes və siyasətdəki uğurları yalnız prezidentin çətiri altında olub.
Pyotr anası ilə Pedaqoji İnstitutun yaxınlığındakı köhnə evdə yaşayırdı. Birinci mərtəbədə, düz avtomobil yolunun kənarında, üçotaqlı mənzil idi. Heç bir israfçılıq etmirdilər, sadə həyat sürürdülər. Pyotr avtomobil almağı arzulayırdı, bu məqsədlə evin yanında qaraj da tikdirmişdi. Doğrudur, arzusunu tezliklə reallaşdıra bilmədi...
Biz onunla hərdən siyasi mövzularda söhbət edirdik. Tarixi xatırlayırdıq. O etiraf edirdi ki, babası Denikinin ordusunda xidmət edib, o zaman mənim babam da Qızıl Orduda döyüşüb. Ancaq bu, bizim münasibətlərimizdə antoqonizmə səbəb olmurdu”-deyə Pyotrun dostu bildirib

Onlar uzun fasilədən sonra 1996-cı ildə Moskvada, həmin adam Özbəkistanın Rusiyadakı səfirliyində işləyəndə görüşüb:

“Orada Pyotrla ilk mübahisəmiz düşdü. Biz postsovet məkanının dezinteqrasiyasının həddi haqqında mübahisə etdik. Mən iddia edirdim ki, Rusiya ilə iqtisadi və siyasi əməkdaşlıq lazımdır, əks halda bundan imtina Özbəkistanın ziyanına olacaq. Pyotr isə əmin idi ki, Daşkənd “böyük qardaş”ın təsir dairəsindən çıxmalıdır, daha çox Qərbə meyllənməlidir.
Nəticədə biz ayrıldıq... yalnız 2000-ci ildə Daşkənndə hava limanında rastlaşdıq, o, Moskvadan gəlirdi, mən isə bir qrup jurnalistlə Urgençə getməyə hazırlaşırdım. “Deputat” binasındakı kafedə oturub mineral su içdik, söhbətləşdik. O mənə artıq söz demədi, mən də xüsusi boşboğazlıq etmədim, çünki artıq Kərimov rejiminə açıq-aşkar müxalifət idim. Deməli mənim diktator haqqında nə düşündüyüm onun oğlunu maraqlandırmırdı. Yalnız sonra mənə kimsə işarə etdi ki, Pyotrun maliyyə naziri təyin olunması məsələsinə baxılır, ona görə vətəninə gəlib. Pyotr isə bu vəzifədən imtina edib, halbuki onun böyük potensialı vardı...”.

İslam Kərimovun ikinci evliliyindən Lola və Gülnarə adında iki qızı var. Onların yaşayış tərzləri, imkanları, Özbəkistandakı proseslərə təsir etmək imkanları bir neçə il əvvələ qədər kifayət qədər yüksək olub. Son illər ailə daxilindəki ziddiyyətlər səbəbindən Gülnarənin hətta Daşkənddə ev dustağı edildiyi iddia olunur...






Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır