Modern.az

Suriyanın şimalında "təhlükəsiz zona" yaradılır

Suriyanın şimalında "təhlükəsiz zona" yaradılır

27 İyul 2015, 16:14



Amerikanın “Vaşinqton Post” qəzeti son Türkiyə-ABŞ müqaviləsinin Şimali Suriyada faktiki olaraq bir təhlükəsiz bölgə elanını nəzərdə tutduğunu bildirib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, qəzet məqaləsində iddia edilir ki, İraq-Şam İslam Dövləti (İŞİD) terror təşkilatından təmizlənəcək və Fərat çayından başlayıb təxminən 110 km qərbə, 60 km dərinliyə çatacaq təhlükəsiz bölgə Hələb vilayətinə uzanacaq və Suriya müxalifətinin nəzarətinə veriləcək. Xəbərə görə, bu sahə Türkiyəyə qaçan suriyalılar üçün də təhlükəsiz bölgə ola bilər.

Bir amerikalı səlahiyyətli  deyib ki, hədəf İŞİD-dən təmizlənmiş bir sahə əmələ gəlməsi və Türkiyənin Suriya sərhədində daha çox təhlükəsizlik və sabitlik təmin olunmasıdır.   Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir