Modern.az

40 yaşlı qadın 12 yaşlı oğlandan uşaq doğdu

40 yaşlı qadın 12 yaşlı oğlandan uşaq doğdu

28 İyul 2015, 00:33



Avstraliya vətəndaşı olan qadın 12 yaşlı oğlanı yolundan azdırdığına, üstəlik azyaşlı sevgilisundən uşaq dünyaya gətirdiyinə görə 6 il həbsxanada oturacaq. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, 40 yaşlı qadın 4 il əvvəl özünün azyaşlı qızının 11 yaşlı dostu ilə tanış olub. Oğlanın 12 yaşı olanda qadın onu intim yaxınlığa sövq edib.

İki illik romandan sonra 2014-cü ilin may ayında qadın azyaşlı sevgilisindən qız uşağı doğub. Məhkəmə araşdırması zamanı qadının psixolji çatışmazlığının olub-olmadığı yoxlanılıb, ancaq ekspertlər heç nə aşkar etməyiblər.

Qadın məhkəmədə etiraf edib ki, bu hərəkətinə görə utanır. O, həm də etiraf edib ki, sevgilisinin ata olmağa hazır olmadığını başa düşməyib.

Avstraliyalı cəzasını çəkdiyi müddətdə onun yeni doğulan körpəsinin tərbiyəsi ilə azyaşlı ata öz anası ilə məşğul olacaq. Qızın anası isə onu və sevgilisini yalnız 6 ildən sonra görə biləcək.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı