Modern.az

Dünyanın ən böyük hərbi şirkətlərinin adları açıqlandı - Onlardan 2-si türk şirkətidir

Dünyanın ən böyük hərbi şirkətlərinin adları açıqlandı - Onlardan 2-si türk şirkətidir

28 İyul 2015, 14:43



ABŞ-ın hərbi sahədə yeniliklərdən bəhs edən “Defence News” həftəliyi dünyanın 100 ən böyük hərbi təyinatlı şirkətinin siyahısını dərc edib. Modern.az xəbər verir ki? reytinq cədvəlində 2 türk şirkətinin də adı var. Belə ki, ən çox silah və hərbi məhsul istehsal edən şirkətlər arasında 62-ci pillədə Türkiyənin “Aselsan”, 78-ci pillədə isə “Türkiyə Aviasiya və Kosmik Sənaye” şirkəti tutub.

2014-cü iliin yekunlarına görə “Aselsan” hərbi satışlardan 1 milyard 109 milyon dollar, “Türkiyə Aviasiya və Kosmik Sənaye” şirkəti isə 853 milyon dollar gəlir əldə ediblər.

Dünyada silah satışından ən çox gəlir əldə edən şirkət ABŞ-ın “Lockeed Martin” korporasiyası olub. Korporasiya ötən il satışlardan 40,13 milyard gəlir götürüb. İkinci pillədə ABŞ-ın Boing (29 milyard dollar), 3-cü pillədə Britaniyanın “BAE Systems” (25,45 milyard dollar) yer alıb.

Rusiyanın ən böyük hərbi şirkəti “Almaz-Antey” isə 9,2 milyard dollar gəlirlə reytinq cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Dünyanın ən iri silah istehsalçısı olan şirkətləri arasında 41 ABŞ, 10 Böyük Britaniya, 7 Yaponiya, 5 Fransa, 5 Cənubi Koreya, 4 İsrail, 3 Almaniya, 2 Türkiyə və 2 İtaliya şirkəti yer alıb.
Norveç, İtaliya, Finlandiya, İtaliya, Hollandiya, Cənubi Afrika, Hindistan, İsveç, Sinqapur, Braziliya, Kanada, İsveçrə və Ukrayna isə hərəyə 1 hərbi şirkətlə ilk “100”lükdə qərarlaşıb. 

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!