Modern.az

Məşhur cazmenlər Bakıda

Məşhur cazmenlər Bakıda

Mədəni̇yyət

14 Oktyabr 2009, 12:34

Oktyabrın 21-dən 27-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda Beynəlxalq Caz Festivalı keçiriləcək. Festivala ABŞ-dan Richard BONA və Branford MARSALIS, Portuqaliyadan “Jazzinho”, İsraildən “Hard Jazz Knights” qrupları, Avstriyadan dZihan&Kamien dueti, həmçinin Bakı Beynəlxalq Muğam Festivalının iştirakçıları olan Vasumathi Badrinathan (Hindistan) və Amir Elsaffar (ABŞ) dəvət olunub.  

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva Modern.az-a bildirib ki,

Bakı Beynəlxalq Caz Festivalının açılışı

oktyabrın 21-də saat 19.00-da Dövlət Filarmoniyasında  keçiriləcək. Konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri iştirak edəcək. Ertəsi gün saat 19.00-da Caz  Mərkəzində İsfar Sarabskinin (fortepiano) konserti keçiriləcək. İsfarla birgə səhnəni Aleksandr Zinger (zərb) və Ruslan Hüseynov (bass) paylaşacaq. Həmin gün Caz Mərkəzində saat 21:00-da İsrailin “Jazzing the Beatles”  qrupu çıxış edəcək. Giriş sərbəst olacaq. Oktyabrın 23-də saat 19:00-da Aktyor evində Cəmil Əmirov və “Savab” qrupu çıxış edəcək. Həmin gün Face club-da saat 21:00-da "Jazzinho" qrupunun koserti keçiriləcək. Oktyabrın 24-də saat 23:00-da Face club-da məşhur dZihan&Kamien dueti maraqlı konsert proqramı ilə çıxış edəcək.  Oktyabrın 25-də saat 20:00-da Azərbaycan Dövlət Rus Dram Teatrında Richard Bona qrupu çıxış edəcək. Ertəsi gün saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində Salman Qəmbərov (fortepiano, klavişli) və "Bakustic Jazz" qrupu Vasumathi Badrinathan və Amir Elsaffar ilə birgə konsert verəcək.   Həmin gün saat 21:00-da Caz Mərkəzində Emil Əfrasiyaboğlu (fortepiano) və Mircavad Cəfərovun (ud) konserti keçiriləcək. Oktyabrın 27-də saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında festivalın yekun konserti keçiriləcək. Konsertdə "Branford MARSALIS" qrupu çıxış edəcək.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi