Modern.az

ABŞ vətəndaşı olmaq ücün düz 101 il gözləyib

ABŞ vətəndaşı olmaq ücün düz 101 il gözləyib

13 Oktyabr 2010, 15:37

Modern.az xarici mətbuata istinadla xəbər verir ki, Meksika mənşəli Eulalia Qarsia Maturey Amerika vətəndaşı olmaq ücün nə az, nə cox düz 101 il gözləməli olub. Sonda isə gözləməyinə dəyib. Eulalia Qarsia Maturey hələ körpə ikən Meksikadan Amerkaya  köcüb. Texas əyalətində yaşayan, iki dəfə ailə həyatı quran və iki uşaq anası olan xanım Matureyin vətəndaşlığı cümə günü kecirilən mərasimlə rəsmən təsdiqlənib. Matureyin vətəndaşlığa qəbul edilməsi mərasimi, yaşadığı Brovnsville qəsəbəsindəki miqrasiya idarəsində baş tutub.Vətəndaşlığı təsdiqlənəndən sonra Maturey fikirlərini sadəcə “AZADLIQ” sözü ilə ifadə edib. 1 metr 40 santimetr boyu olan 101 yaşlı qadın “son günlərimi vətəndaş olaraq ABŞ –da kecirmək və burada ölmək istəyirəm ” deyib.

Maturey 1909 –cu il oktyabrın 12-də anasıyla birgə körpə ikən Rio Qrand cayı vasitəsilə Texas əyalətinə köcüb. ABŞ İkinci Dünya müharibəsindən əvvəl ölkədə olan qacaq vətəndaşları qeydə almaq məcburiyyətində qalmışdı. Bu baxımdan uzun zaman  Matureydən hec bir sənəd tələb olunmayıb. Ancaq 2008-ci ildə vəziyyət dəyişib. Belə ki, Meksika sərhəddini kecmək istəyən qacaq xanım saxlanılıb və beləliklə onun qacaq olduğu üzə cıxıb. Arxiv sənədlər üzə cıxarılan xanıma nəhayət 101 ildən sonra  vətəndaşlıq verilib

.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı